XƏBƏR LENTİ
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Qazaxda “patı”, heroin və marixuana istifadəçiləri saxlanıldı
KRİMİNAL 10:22 / 12.08.2021

Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisəs.az-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini İlkin Budaqov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Xəlil adlı şəxsdən 15 manata aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəlil Rzayev saxlanılan zaman onun üzərindən müxtəlif bükümlərdə narkotik maddə olan heroin və "patı” aşkar edilərək götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Ağköynək kənd sakini, əvvəllər məhkum olunmuş Kamran Osmanov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman müxtəlif bükümlərdə narkotik maddə olan heroin və marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


4129 oxunub

InvestAZ