XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Şabranda ər arvadını hərəkətdə olan avtomobildən yola atıb
KRİMİNAL 11:15 / 08.08.2021

Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.

"Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.

Xəstəxanadan verilən məlumata görə, yaranan mübahisə zəminində kişi həyat yoldaşını hərəktədə olan avtomobildən yola atıb.

Faktla bağlı araşdırma aparılır.


2948 oxunub

InvestAZ