XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Azərbaycan Hərbi Dəniz Donanması Günüdür
Gündəm 12:55 / 05.08.2021

Avqustun 5-i Azərbaycanda Hərbi Dəniz Donanması Günüdür.

Yenisəs.az  xəbər verir ki, 1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına "Qars”, "Ərdahan” qayıqları, "Astrabad”, "Göytəpə” poçt gəmiləri, "Araz” hidroqrafik gəmisi və "Bayıl” liman daşıyıcı gəmisi daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, 1920-ci ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdi.

Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi isə 1992-ci ildə keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsinin Azərbaycana verilməsi ilə başlayıb. Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində, yeni kadrlar yetişdirilməsində, donanmanın maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub.

İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Məktəb 1999-cu ildən etibarən NATO standartlarına uyğun tədris proqramına uyğun olaraq 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır.

Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi dəniz donanması hazırda ən müasir hərbi texnika ilə təchiz olunub.

Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür.



1254 oxunub

InvestAZ