XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



1 təyyarə, 40 yanğınsöndürmə avtomobili...
HÜQUQ 09:59 / 05.08.2021

"Azərbaycandan daha öncə gələn heyət Muğla vilayətində yanğınla mübarizəni davam etdirir".

Yenisəs.az  Publika.az -a istinadla xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Manavqat rayonunda yerləşən AFAD Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransında deyib.

"Sabah Azərbaycandan 10 ekipaj üzvü ilə 1 təyyarə, 150 ekipaj üzvü ilə 40 yanğınsöndürmə avtomobili ölkəmizə gələcək", - deyə nazir vurğulayıb.

Çavuşoğlu qeyd edib ki, Ukraynanın özəl şirkətindən 4 helikopter icarəyə götürülüb:

"Sözügedən helikopterlər İsparta Hava Limanına eniblər. Bu axşamdan etibarən yanğın söndürmə əməliyyatlarında istifadə ediləcək".

XİN rəhbəri bəzi ölkələrdən yardım göndəriləcəyini də açıqlayıb:

"Pakistan, Polşa, Gürcüstan, Qazaxıstan, Bosniya və Herseqovina, ABŞ, Kanada, Yaponiya, Kızılaç və Kızılay Federasiyalarından bəzi yardım təklifləri gəldi. Bu ölkələrə ehtiyaclarımızı söylədik. Təyyarə və Helikopterə, havadan dəstəyə ehtiyac olduğunu dedik. O ölkələrdən cavab gözləyirik. Ehtiyaca görə, gələn təklifləri dəyərləndiririk".


2076 oxunub

InvestAZ