XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Türkiyədə son durum: İES-də partlayış baş verdi - Video
DÜNYA 09:28 / 05.08.2021

Türkiyədə davam edən meşə yanğınları nəticəsində daha bir nəfər həyatını itirib və bununla yanğında həyatını itirənlərin sayı 8-ə çatıb.

Yenisəs.az  Axar.az-a  istinadla  xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli məlumat verib.

Nazir meşə yanğınlarının söndürülməsi üçün işlərin davam etdiyini bildirib.

Pakdəmirli 152 yanğının söndürüldüyünü, 11-nin isə hələ də davam etdiyini söyləyib.

***

Antalya, Muğla, Aydın, İsparta, Dənizli, Adana və Hatayda meşə yanğınlarına müdaxilə davam edir.

Milasda alovlar Kəmərköy Elektrik Stansiyasına yaxınlaşıb. Elektrik stansiyası və ətrafı təxliyə olunub. Marmarisin Kumlubük mövqeyində isə təsirini davam etdirən yanğın qədim Amos şəhərinə doğru irəliləyir.

Kənd təsərrüfatı və meşə naziri Pakdəmirli son 8 gündə 33 əyalətdə 167 yanğının nəzarət altına alındığını elan edib.

***

Muğlanın Milas bölgəsində meşə yanğınının bölgədəki elektrik stansiyasına yaxınlaşması səbəbindən vətəndaşlar Hərbi Dəniz Qüvvələri Komandanlığının gəmiləri ilə təhlükəsiz bölgələrə təxliyə olunub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda güclü küləyin təsiri ilə istiqamətini dəyişən yanğın stansiyaya çatıb. Son məlumatlara görə, artıq Milasdakı elektrik stansiyasında yanğın başlayıb.

***

Meşə yanğınlarının cənginə aldığı Kəmərköy İstilik Elektrik Stansiyasında partlayış baş verib.

  • Facebook 
  •  
  •  
  •  

2448 oxunub

InvestAZ