XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



İÇİMDƏ - yazdı Əbülfət MƏDƏTOĞLU (Saralmış dəftərdən)
YAZARLAR 09:05 / 05.08.2021

Əl çalıram ruhumun
Vüsalına içimdə...
Kövrəlirəm yuxumun -
Bu halına içimdə!
Qatarlanmış durnadı
Dayanmadı, durmadı...
Yuvasını qurmadı -
Xəyalıma içimdə!
Ah karvanı düzəndə
Odu pozan, düzən də!
Öldürdü , əl üzəndə -
Sualımı içimdə...
Keçib neçə günahdan
Minbər tikdim mən ahdan...
Tay sevəcəm, Allahdan -
Dualımı içimdə!



3944 oxunub

InvestAZ