XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



6 erməninin də qalıqları tapıldı
KRİMİNAL 22:05 / 03.08.2021

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 6 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

Yenisəs.az  Publika.az-a  istinadla  xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Füzuli və Xocavənd rayonları ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib.

Qeyd edilib ki, cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.

Xatırladaq ki, 13 Noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1629 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.


1832 oxunub

InvestAZ