XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Putin Paşinyanı təbrik etdi
SİYASƏT 10:06 / 03.08.2021

Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistanın baş naziri təyin olunması münasibətilə təbrik edib.

Yenisəs.az  Publika.az -a  istinadla  xəbər veirr ki, bu barədə Kremlin saytında məlumat yayımlanıb.

Təbrik teleqramının mətnində deyilir:

"Ümid edirəm ki, hökumətinizin fəaliyyəti dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin daha da inkişafına, həmçinin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Öz tərəfimizdən, ikitərəfli və regional gündəmin aktual məsələləri üzərində konstruktiv dialoqa və birgə işi davam etdirməyə hazırıq".

Xatırladaq ki, avqustun 2-də Prezident Armen Sarkisyan Nikol Paşinyanın Ermənistanın baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Daha əvvəl "Mülki Müqavilə" fraksiyası onu Baş nazir postuna namizəd göstərmişdi.


6933 oxunub

InvestAZ