XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Əbülfət MƏDƏTOĞLU : - YAR ADI... (Saralmış dəftərdən)
YAZARLAR 09:53 / 03.08.2021

Bu sevginin çınqısı da tonqaldı
Həsrətimin beli bükük - donqardı...
Talehimdə əvvl yoxdu, son qardı -
O nə səni, nə də məni yarıdır...
Fikir düyün,göz qan dolu, ürək çat
Kədər ilə yüklənibdi yaddaş kart...
İndən belə ya güllələ, ya daş at -
Tənhalığım - ölümümlə yarıdı!
Xəyal yorğun, ümid üzgün, qəm çapar...
Mənim kimi sevən ancaq qəm tapar!
Kirpiyini islatmağa nəm apar -
O nəmə də yazılıbdı yar adı...

5355 oxunub

InvestAZ