XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



FHN-çilərimiz Türkiyədə yanğın bölgəsində - Video
Gündəm 15:56 / 31.07.2021

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 31-də qardaş ölkəyə çatıb.

Yenisəs.az xəbər verir ki, artıq yanğınsöndürənlərimiz Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində fəaliyyətə başlayıblar.

Qeyd edək ki, Azərbaycan tərəfindən qardaş ölkədə baş verən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilib.


2314 oxunub

InvestAZ