XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Koronavirusa yoluxma sayı artdı
Sağlamlıq 16:03 / 27.07.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisəs.az-averilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Qeyd edək ki, bu gün açıqlanan yoluxma sayı ötən günlə müqayisədə təxminən 2 dəfə çoxdur.

İndiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5011 nəfər vəfat edib, aktiv xəstə sayı 3913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 895, ötən müddət ərzində isə ümumilikdə 3 992 592 test aparılıb.


7183 oxunub

InvestAZ