XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Vatikanın mal-dövləti nə qədərdir? - İLK DƏFƏ AÇIQLANDI
DÜNYA 15:02 / 26.07.2021

Yenisəs.az  "REUTERS"-ə istinadən xəbər  verir  ki, Vatikan daşınmaz əmlaklarının sayını ilk dəfə açıqlayıb. Sənədlər Vatikanın böyük qismi İtaliyada olmaqla, 5 mindən çox daşınmaz mülkə sahib olduğunu göstərir.

Belə ki, Vatikanın İtaliyada 4051, İtaliyadan kənarda London və Paris kimi bir çox şəhərlərin lüks bölgələri də daxil olmaqla 1100-dən artıq mülkü var.

İtaliyadakı mülklərin 92 faizi Roma şəhərində yerləşir.

Açıqlamaya görə, Vatikanın mülklərinin 14 faizi "sərbəst bazar” şərtlərilə kirayəyə verilir.

86 faizi isə xəstəxana, məktəb, monast kimi kilsəyə aid quruluşlar, ya da kilsə işçiləri tərəfindən istifadə olunur. Bunlardan bəziləri pulsuz, bəziləri isə cüzi kirayə pulu qarşılığında istifadəyə verilir.



1067 oxunub

InvestAZ