XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Türkiyədən Ermənistana XƏBƏRDARLIQ
SİYASƏT 21:16 / 25.07.2021

Türkiyənin hakim partiyası Ermənistanı ölkəni bölgədə təxribata təşviq edən dairələrə tabe olmamağa çağırıb.

Yenisəs.az  Publika.az-a  istinadla  xəbər verir ki, bununla bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik özünün "Twitter" səhifəsində paylaşım edib.

O bildirib ki, Yerevanın təcavüzkar siyasəti bu ölkəyə heç bir fayda gətirməyəcək:

"Ermənistan özünü aldatmaqla məşğul olmamalı və onu Azərbaycanın Kəlbəcər rayonu istiqamətindəki hadisələrə bənzər təxribatlara təşviq edən dairələrin ritorikasına uymamalıdır".

AKP rəsmisi bir gün öncə iki ölkənin sərhədində Ermənistan Silahlı Qüvvələrinin 1 Azərbaycan əsgərinin ölümünə səbəb olan hərəkətlərini kəskin şəkildə qınayıb:

"Yerevanın təcavüzkar siyasəti bölgədəki sülh üçün bir təhdiddir. Nəticələrə görə məsuliyyəti Yerevanı bu cür hərəkətlərə vadar edən qüvvələr də daşıyır. Müvafiq cavab verildikdə bu qüvvələr qətiyyən Ermənistanı dəstəkləməyəcəklər. Ermənistanın vəziyyəti daha da pisləşəcək".

Ö.Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgə ölkələri arasında dialoq və əməkdaşlıq mexanizmi yaratmaq təşəbbüsünü xatırladıb:

"Ermənistan təcavüzkar davranışlarından imtina edərsə, bu mexanizmin bir hissəsi ola bilər. Yerevan bu tarixi şansı itirməməli, Türkiyə və Azərbaycan liderlərinin çağırışlarını hərtərəfli qiymətləndirməlidir. Əks təqdirdə, bu ölkə yeni problemlər gözləyir. Ermənistan regional sülhü təhdid edə bilməz. Buna imkan verilməyəcək".


1245 oxunub

InvestAZ