XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



RUHUM DA XATİRƏ OLMA ANINDA - Əbülfət MƏDƏTOĞLU ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 12:12 / 25.07.2021


Sinəmdə şellənən kədər yükümlə,
Xatirə qapısın döyürəm hərdən...
Özüm düzəldiyim kiçik bükümlə -
Bu yolun ətəyin düyürəm yenə...
Keçirəm dünənin sərhəd xəttini
Bir gözümdə gülüş, bir gözümdə nəm...
Mənə bu sevginin səadətini -
Yaşamaq şansını verməyibdi qəm...
Dadıb iynə ucu vüsalı hərdən
Həsrətə dözümü ovxarlamışam...
Bəzən gecələrdn, ya da səhərdən -
Bir çınqı qoparıb toparlanmışam...
Keçib minalanmış ərazilərdən,
Şükür ki, yaddaşım baxır dünənə...
Xəritəsiz gedirəm - gözüyumulu -
Ruhum qovuşacaq -axır dünənə!..

3103 oxunub

InvestAZ