XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Azərbaycanda arzuolunmaz elan edilən Gürcüstana da buraxılmadı
HÜQUQ 09:01 / 25.07.2021

Rusiyalı jurnalist, "Novoya Qazeta” nəşrinin müxbiri İlya Azar Gürcüstana buraxılmayıb.

Yenisəs.az  Teleqraf.com-a  istinadla  xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb.

İ.Azar bildirib ki, ölkəyə daxil olmağa qadağanın hansı səbəbdən qoyulduğu ona izah edilməyib. Lakin onun paylaşdığı müvafiq sənəddə "Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə cavab vermir” bəndi işarələnib.

Qeyd edək ki, rusiyalı jurnalist 2011-ci ildə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərə görə ölkədə "persona non grata” elan edilib. Ötən ilin oktyabrında Ermənistanın Xarici İşlər Nazirliyi İ.Azarın akkreditasiyanı ləğv edib. Buna səbəb onun Qarabağda döyüşən əslən erməni olan Fransa vətəndaşından aldığı müsahibə olub.


1168 oxunub

InvestAZ