XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Ölümü tələsdirənlər - Emin Piri yazır
YAZARLAR 11:22 / 22.07.2021

Hər zaman deyildiyi kimi müharibədən sonralar müharibədən daha dəhşətli və çətin keçir. İstər müharibə iştirakçılarının psixoloji, cəmiyyətə adaptasiya olunması, istərsə cəmiyyətin bu cür yaşantılara hazır olması...

Nə qədər acınacaqlı olsa da müharibənin psixoloji zərbələrini ara-sıra yaşamalı olacağıq. Dəhşətlərini də.
İnsanlar var ki, ölüm onlarçün adiləşib. Elə mülkidə də. Və o insanlar cəmiyyətimizdədir. Həmin insanların fədakarlığını, niyə belə olduğunu nəzərə alaraq yenidən cəmiyyətə qazandırmaq lazımdır. İstər şəxsin özünə, istərsə cəmiyyət naminə.

Bir nəfəri düşünürəm, görəsən hardadır, necə adaptasiya olub, salamatdırmı?

XTQ-nin zabiti idi. Hündürboy, yaşı təxminən mən kimi, saqqalı ağappaq. Elə bilərsən 60-70yaşı var. Müharibə dəhşətləri onu necə qocaldıbsa...

Noyabrın əvvəli. Digər bölmələr, əsasən piyada qoşunları həm atəş dəstəyi, həm düşməni oyalamaq üçün Şuşa ətrafı yüksəkliklərə yeridilir.( Top birlikləri digər artileriya, əsasən Mədətkənd ətrafı meşəlikdə və Çanaqçıda, piyada qoşunları isə daha irəlidəki yüksəkliklərdə və meşələrdə)

Xocalının Mədətkəndindən Çanaqçıya keçməli idik. Aradasa açıq ərazi var, minamyot və toplarla vururlar. Ani məqam gözləyirik ki,Mədətkənd ətrafı meşəlikdən Çanaqçıya girək. O açıq tarla ərazisində hədəf olmadan. O ərazidəsə vurulan maşınlarımız və.s var. Hələ də yanır, alovu belə sönməyib.

Biz də Çanaqçı, oradan Siqnax, oradansa daha irəli piyada meşə cığırları ilə Şuşa ətrafı yüksəkliklərdə mövqe tutmağa getməliyik. Həmin gecə bloknotuma bir cümlə yazıram: "burda işimiz "mişen"likdir”.

Analizim o ki, bizim bölmələrin orda işi diversant hücumunun qarşısını almaq, düşməni oyalamaq, onlara ümumi yuxarı komandanlığın planında məhz bizlər hücum edəcəyik kimi görüntü yaradaraq çaşdırmaq, bizi görən zaman atacaqları artileriya bölmələrinin yerini kəşf etmək, daha düzüsü "mişen" olaraq XTQ və digər bölmələrin rahat hərəkətinə yardımçı olmaqdır. Təbii ki, bu cür "mişen" kimi söhbətləri əsgərlərlə etmirik. Amma bildiyim həqiqət klassik müharibə variantında "mişen"likdir.

Nə isə, hərəkət etmək istərkən birdən düşmənin minamyot və top atışları başladı. Meşədə hərəmiz özümüzü bir çalaya tulladıq qəlpələrdən xilas olmaqçün. O dediyim zabit özüyçün ayaqüstə gəzirdi. Dedim, axı, belə vuracaqlar. Dedi; öləndə öləcəm də...ölümdü də.. bir az gözləyin, indi onları mələdəcəyik.

Həmin an onun sözləri dəhşətli gəldi mənə...İnsana nə qədər öz ölümü adiləşə bilər. Və ya niyə öləciyi anı tələsdirsin...

Əgər sağdısa, yadına düşürsə, çox istərdim mülkidə görüşüm. Rəhmətə gedibsə Allah rəhmət etsin!


4185 oxunub

InvestAZ