XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Hacılar kənd sakini danışdı: “Kəndimizdə qızıl tapıldığı, polislərin orda post qurduğu...”
Maraqli 10:15 / 13.07.2021

Ötən gecə sosial şəbəkələrdə, eləcədə, xəbər saytlarında maraqlı bir xəbər böyük ajiotaj yaratdı. Məlumata görə, hadisə Ağcabədi rayonunun Hacılar kəndində baş verib.

Məlumatda deyilir:”Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, kənddə su quyusu qazarkən, qəribə metal parçaları ilə qarşılaşıblar. Daha sonra məlum olub ki, həmin metal parçaları qızıldır. Kənd sakinləri bu barədə dövlətə məlumat veriblər”.
Xəbərdə bir də qeyd olunur ki, uzun illər əvvəl həmin kəndin içərisindən Kəlbəcərdən gələn çay keçib:” Kəndin ərazisi çökəkdə olduğu üçün dağdan gələn təbii qızıllar kənd ərazisində torpağa hopub. Hazırda kəndin giriş çıxışına polis postları qoyulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu deyilir. Kənd sakinlərinin həyətindən çıxan qızılın dəyərinin 25 faizinin onlara veriləcəyi məlumatı verilib. Qeyd edək ki, kəndə gedib, məsələni yerində araşdırmaq istədikdə, polis postlarından kəndə buraxılmadıq”.



Yenisəs.az  bildirir ki,  Adalet.az saytının əməkdaşı məsələ ilə bağlı Ağcabədi rayonu Hacılar kənd sakini, istefada olan polis əməkdaşı Yaşar Abbasovla əlaqə saxlayıb. Y. Abbasov kənddə qızıl aşkarlandığını təsdiqləyib:” Kənd sakini Sahib kişinin həyətində quyu qazılıb. Ev sahibi gecə qaranlığında quyudan çıxarılmış torpağın parıltılı olduğunu görüb. Telefon işığında baxııb. Diqqətini topladıqda torpağın zərlərlə qarışıq olduğunu görən ev sakini əlaqədar orqanlara məlumat verib. Qızıl aşkarlandığı ehtimal edilən həyətdəki torpaqdan analiz götürüldü. Ev sahibinin ehtimalını analizlərin cavabından sonra bəlli olacaq”.
Müsahibim məlumatda olan digər şişirdilmiş nüanslara da aydınlıq gətirib. O qeyd edib ki, bizim kəndi ( Hacılar-red. Ə,R.) Kəlbəcərlə bağlayan heç bir əlaqə olmayıb:” kəndin içərisindən Kəlbəcərdən gələn çay keçib” cümləsi tamamilə yanlışdı. Kəlbəcərdən çay axmış olsa belə o, bizim kəndi qətiyyən tutmaz. Hacılar kəndində heç bir çay yoxdur və olmayıb. Məsafə isə ümumiyyətlə uyğun belə gəlmir.
Amma qədim zamanlardan kəndimizin böyük kəhriz quyuları olub. Kəndin suvarılmasında artezian quyularından istifadə geniçlənəndən sonra həmin quyular batdı. Böyüklərimiz deyərdi ki, O kəhriz suları da başlanğıcını Şahbulaq dağlarında götürə bilər” .

53 yaşlı kənd sakini ikinci nüansa diqqət çəkərək bu sözləri söylədi:"Qaldı "polis postlarından kəndə buraxılmamaq” söhbətinə, polis mühafizəsi yalnız qızıl aşkarlandığı ehtimal olunan həyətdə qurulub. Həmin həyətdən başqa kəndin heç bir yerində polis mühafizəsi qurulmayıb. Kənd əhalisi həmişə olduğu kimi təsərrüfatında, öz işində- gücündədirdir.


5341 oxunub

InvestAZ