XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



156 nəfər COVID-19-a yoluxub, 37 nəfər sağalıb
Sağlamlıq 23:11 / 11.07.2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisəs.az-a verilən məlumata görə, son sutka ərzində ölüm halı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 354 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 144, ötən müddət ərzində isə ümumilikdə 3 852 280 test aparılıb.


17524 oxunub

InvestAZ