XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Bakı metrosunda terrordan 27 il keçir
Gündəm 12:13 / 03.07.2021

Bakı metrosunda baş verən terror aktından 27 il keçir.

1994-cü iliyul ayının 3-də saat 8:30-da metronun "Gənclik” metrostansiyasının platformasına 500 metr qalmışelektrik qatarının vaqonunda bomba partladı. Partlayışdan sonra qatarın vaqonları alışdı. Terror aktı nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.

"28 May” və "Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Azərbaycan vətəndaşı Azər AslanovMoskvadahəbs edildi. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərdilər. 1998-ci ildə Aslanov bu terror aktını reallaşdırmaqgöstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını dedi.

Məhkəmə ona ömürlük həbs cəzası verdi. İstintaq müəyyən etdi ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verdi. Sonra isə Azərbaycan Prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verdi.

Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından sildi.

Qeyd edək ki, 1994-cü ilin iyul ayının 3-də baş verən partlayış Bakı metrosunda ikinci terror aktıdır.

Belə ki, 1994-cü il mart ayının 19-da da saat 13:00-da "20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub.


6491 oxunub

InvestAZ