XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



“Real” Serxio Ramosun əvəzinə türkiyəli müdafiəçini gətirir
İDMAN 09:58 / 03.07.2021

Serxio Ramosla yollarını ayıran Madridin "Real” klubu müdafiədəki bu boşluğu Türkiyə millisinin gənc futbolçusu Çağlar Söyüncü ilə doldurmaq istəyir.

Bu barədə "Haber365” agentliyi məlumat yayıb.

Mənbə iddia edir ki, "Kral klubu” bir çox dünya nəhənglərinin diqqətində olan türkiyəli futbolçuya rəsmi təklif ünvanlayacaq.

Artıq futbolçunun hazırkı klubu "Lester Siti” ilə qiymətlə əlaqədar ilkin razılığın əldə olunduğunu, transferin baş tutacağı təqdirdə İngiltərə klubunun bu keçiddən 45 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, 25 yaşlı Çağlar Söyüncü Türkiyə millisinin əsas oyunçularından birinə çevrilib və 38 dəfə "ay-ulduzlu” formanı geyinməyə macal tapıb.


4416 oxunub

InvestAZ