Beynəlxalq alimlər qrupu 2017-ci ildə istehsalının guya tamamilə dayandırılmağına baxmayaraq, Yerin atmosferində güclü istixana qazının — triftormetanın səviyyəsinin artdığını müəyyən ediblər.
Bu barədə "Phys.org” nəşrində Bristol Universiteti tərəfindən yerləşdirilən press-relizdə deyilir.
Alimlər 2015-ci ildən 2017-ci ilə qədər QFQ tullantılarının konsentrasiyasının Yer atmosferində azalmağa başlayacağını gözləyirdilər. Lakinyeni bir araşdırma göstərib ki, bu qazların həcmi əksinə artaraq, 2018-ci ildə rekord səviyyəyə çatıb.
Tədqiqatçıların fikrincə, artımın səbəbi Çin və Hindistanındedikləri kimi triftormetanın ləğv edilməsi proqramını uğurla yerinə yetirməmələri ilə bağlıdır.