XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



120 min rus turist Antalyaya gəldi
Maraqli 09:16 / 30.06.2021

İyunun 22-dən bu yana təxminən 120 min rus turist Antalyaya səfər edib.

Yenisəs.az  xəbər verir ki, bu barədə Antalya Şəhər Şurasının turizm üzrə işçi qrupunun rəhbəri Rəcəb Yavuz məlumat verib.

"Uçuş qadağasının qaldırılmasından 8 gün sonra 119.490 rusiyalı qonaq Antalyaya gəlib", - o qeyd edib. Rəcəb Yavuzun sözlərinə görə, ilin əvvəlindən bu yana Antalyaya 1,5 milyon turist gəlib.

Xatırladaq ki, aprelin 15-dən Rusiya ilə Türkiyə arasındakı uçuşlar qardaş ölkədəki əlverişsiz epidemioloji vəziyyət səbəbindən məhdudlaşdırılmışdı. 22 iyunda isə Rusiya uçuşlarla bağlı tətbiq olunan məhdudiyyətləri ləğv etdi.(publika.az)


13789 oxunub

InvestAZ