XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



ETİRAF: Qarabağda bu qədər erməni qalıb
MƏMLƏKƏT 09:10 / 23.06.2021
Seçkilərdə Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Araik Arutyunyan bunun səbəblərini izah edərkən, "Ermənistana möhtac olduqlarını” deyib və ciddi bir faktı etiraf edib.

"Ermənistanla əlaqələr qurmadan 35 min "vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” – separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb.

35 min "vətəndaş”: Araik hazırda sülhməramlıların nəzarət etdiyi ərazilərdə 35 min erməninin olduğunu etiraf edir.

Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilir.

Rusiya Müdafiə Nazirliyi: sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını açıqlayıb;
Separatçılar: 105 min erməninin qayıtdığını iddia edirdi;


Bu rəqəmlərin şişirdildiyi bilirdik, amma Araikin dediklərini bunun sübutu hesab edə bilərik.

Qarabağa qayıdan ermənilərin bir qisminin verilən yardımı almaq üçün gəldiyi, daha sonra geri qayıtdığı haqda da məlumatlar var.
6020 oxunub

InvestAZ