Bir ana bir oğul
doğdu millətə,
Şan-şöhrət gətirdi
türkə Ərdoğan!
Misri qılınc oldu zülmə,zillətə,
Qəbrin nurla dolsun, türkə ər doğan!
Şan-şöhrət gətirdi
türkə Ərdoğan!
Alışdı köksündə bir Turan közü,
Qardaşlıq bayrağın qaldırdı özü,
Bismillah,Ya Allah oldu ilk sözü,
Yerrin cənnət olsun, türkə nər doğan!
Şan-şöhrət gətirdi
türkə Ərdoğan!
Doğma vətən bildi hər türk elini,
Yozdu yağıların fitnə-felini,
Üzdü ümidlərin,qırdı belini,
Haqqın halal olsun,mərd əsgər doğan!
Şan-şöhrət gətirdi
türkə Ərdoğan!
İçərdə,dışarda kəsdilər yolun ,
Dövrəyə aldılar sağın,həm solun ,
Yumdu ağızların,kəsdi əl-qolun,
Qəhr oldu önündə türkə şər doğan!
Şan-şöhrət gətirdi
türkə Ərdoğan!
Oynanılan oyun aşdı boyunu,
Çözdü kələkləri,pozdu oyunu,
Köməksiz qoymadı bir türk boyunu,
Qoy ruhun şad olsun, müzəffər doğan!
Şan-şöhrət gətirdi
türkə Ərdoğan!
Göstərdi dünyaya türkün qüdrətin,
Xaçlının İslama sonsuz nifrətin,
Siyasət aləmi gördü cürətin,
Belə oğul doğmur türkə hər doğan!
Şan-şöhrət gətirdi
türkə Ərdoğan!