XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Çimərlikdə elmə məlum olmayan milyonlarla böcək peyda oldu - FOTO
Maraqli 21:22 / 11.06.2021

ABŞ-ın Men ştatında Uells Biç çimərliyi milyonlarla naməlum böcəyin "istilasına” məruz qalıb.

Bu barədə "Daily Star” xəbər verib.

Məlumata görə iyunun 6-da yerli sakinlər sahildə naməlum qara substansiya aşkar edib. Daha sonra bunların yüz minlərlə mikroskopik böcək olduğu ortaya çıxıb.

Dəniz bioloqu Stiv Dikson 35 illik iş həyatında heç vaxt buna bənzər bir şey görmədiyini deyib.

"Ümumiyyətlə ilin bu vaxtında çimərlikdə çox sayda çürüyən yosun və milçək olur. Ancaq belə bir şeylə rastlaşacağımı düşünmürdüm”, - deyə Dikson bildirib.

Naməlum böcəklərin müəyyənləşdirilməsi üçün yerli alimlər cəlb olunub. Hələlik böcəklərin hansı növə aid olduğu və sahilə haradan gəldiklərini öyrənmək mümkün olmayıb.


3445 oxunub

InvestAZ