XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Meşədə narkotik yetişdirən şəxs tutuldu
KRİMİNAL 11:14 / 04.06.2021

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  Yenisəs.az-a verilən məlumata görə, Yalama PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Turist qəsəbə sakini Rauf Əlimuradov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı qəsəbə ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı, oradan R.Əlimuradov tərəfindən xüsusi aqrotexniki qayda ilə qulluq edilərək yetişdirilmiş 142 ədəd çətənə kolu (kannabis) aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik tərkibli bitkiləri cari ilin aprel ayında əkdiyini və aqrotexniki qaydada qulluq edərək becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.


2738 oxunub

InvestAZ