XƏBƏR LENTİ
22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021



Azərbaycanlı Tiflisdə öldürüldü
MÜSAHİBƏ 12:10 / 24.05.2021

Gürcüstanın paytaxtı Tiflisin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

Yenisəs.az  Report-a istinadla xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil.

***

Tiflisdə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb.

Həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.

Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.

İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.


2467 oxunub

InvestAZ