XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Xudayar Yusifzadəni təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA
KRİMİNAL 10:00 / 29.04.2021

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar.

"İnstidentdə iştirak edən şəxslərin müəyyən oluması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.


3962 oxunub

InvestAZ