XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Bu il “Son zəng” keçiriləcək?
Elm 20:23 / 27.04.2021

Artıq may ayı yaxınlaşır. Növbəti təhsil ilinin yekunlaşmasına sayılı günlər qalıb. Təhsil ilində ən önəmli hadisələrdən biri də "Son zəng” hesab olunur. 

News24.az-ın məlumatına görə, bu il son zəng ötən ilkindən fərqli keçiriləcək.

Belə ki, ötən il son zəng onlayn keçirilmişdi. Bu il həmin tədbir yalnız onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun şəkildə həyata keçiriləcək. Maska və ara məsafəsinin qorunması mütləq olacaq. 

Təhsil Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı sorğumuzu belə cavablandırdı: "Son zəngin keçiriləcəyi tarixdə pandemiya şəraitinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”. 


4240 oxunub

InvestAZ