XƏBƏR LENTİ
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022



Azərbaycan-Pakistan biznes forumu keçiriləcək
İqtisadiyyat 19:09 / 27.04.2021

Aprelin 29-da Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

Yenisəs.az bu barədə Pakistanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, tədbir videokonfrans formatında Pakistan tərəfi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək.

Biznes forumda hər iki ölkənin əczaçılıq, tibb, kənd təsərrüfatı, eləcə də yüngül sənaye sahələrində işləyən şirkətlərin nümayəndələri iştirak edəcək.


3988 oxunub

InvestAZ