XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Ermənilər "İskəndər"i oğurlamaq üçün gizli şəbəkə yaradıb - Rusiya nəşri
KRİMİNAL 14:50 / 07.04.2021

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun "İskəndər-M" raketindən istifadə etməsi ilə bağlı araşdırmalara davam etdirilir.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "pravda.ru" nəşri yazır.

Müəllif Aleksandr Artamonovun sözlərinə görə, raketin istifadəsi faktı ilə bağlı aparılmış ilkin araşdırmalar nəticəsində müəyyən olunub ki, ixrac üçün qadağan edilən "İskəndər-M" raketi Rusiyanın hərbi anbarlarının birindən oğurlanaraq gizli yollarla Ermənistana gətirilib

Qeyd olunur ki, Rusiyada Yerevanın güclü hərbi lobbisinin maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə fəaliyyət göstərib və bu şəbəkədən çox böyük ehtimalla baş nazir Nikol Paşinyanın xəbəri olub.

Müəllif vurğulayır ki, müharibənin son günlərində Ermənistan tərəfinin "İskəndər-M" raketindən istifadəsi yalnız bir məqsəd güdürdü: Onlar hər cəhdlə Rusiyanı münaqişəyə cəlb etməyə çalışırdılar.


524 oxunub

InvestAZ