XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Azərbaycalı hərbçilərin meyitləri təhqir olunub - "Amnesty International"
DÜNYA 14:20 / 07.04.2021

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi cinayətlər törədib.

Trend-in məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının məruzəsində deyilir.

Qeyd olunur ki, müharibə vaxtında nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycalı hərbçilərin meyitlərinin təhqir olunması nüşahidə olunub.

"Boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur".

Daha sonra məruzədə bildirilir ki, il ərzində Ermənistanda fikir və toplanma azadlıqları məhdudlaşdırılıb: "Məhdudiyyətlər əvvəlcə mart ayından sentyabradək COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyətə görə, daha sonra sentyabrda müharibə ilə əlaqədar hərbi vəziyyətə görə tətbiq edilib".


610 oxunub

InvestAZ