Dünən axşam saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə , Səbail rayonu ərazisində Astara rayon sakini C.Hüseynzadə idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Bağırovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.