XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Qalib Şəfahətin "Ölümlə Yüz Yüzə" hekayələr kitabı işıq üzü görüb
Ədəbiyyat 11:51 / 06.04.2021

Yazıçı Qalib Şəfahətin "Ölümlə Yüz Yüzə" hekayələr kitabı qardaş Türkiyyədə işıq üzü görüb. Kitab Asmaalti Yayınevi tərəfindən yayımlanıb.

Kitabın oxucusu ilə tanışlığı belə başlayır. "Azərbaycan, Türkiyə və İranda çağdaş müəlliflər arasında adından  fəxrlə bəhs edilən Q. Şəfahətin bu əsərində şovinizmin  qoxusunu belə almadan realist bir dillə hekayə edilən mövzuları bütün çılpaqlığıyla  oxumağa hazır olun. "Ölümlə Üz-üzə" kitabında şair olmaq üstünlüyündən yararlanaraq söz və cümlələrə höküm edən müəlliflə inkişaf etmiş qapıları aralayacaqsınız. Bəzən yetmiş yaşındakı bir nənənin eşqinə, bəzən Avropa zehniyyətinə qibtə ehtirasına, bəzən əzilən bir kəndlinin  ləyaqətinə, bəzən də şəhidin həyat yoldaşının duyğularına  şahid olacaqsınız"

Kitabı Türkiyyə türkcəsinə Azərbaycan ədəbiyyatının yaxın dostu, yazıcı Abdulkadır Özkan tərəfindən tərcümə edilib.

Müəllifin Türkiyyədə işıq üzü görən ikinci kitabıdır. "Kırıq Merdiven" hekayələr kitabı 2017-ci ildə işıq üzü görmüşdür.


1189 oxunub

InvestAZ