Salidə ŞƏRİFOVA
filologiya elmləri doktoru, professor
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Yeddi əsrdən artıq bir dövr keçməsinə baxmayaraq, müasir
dövrümüzdə qələmə almış olduğu bədii əsərlərinin dili azərbaycanlı oxucusu üçün
tam anlaşılan Yunus Əmrə ətrafında elmi mübahisələrə hələ son qoyulmamışdır.
Ədibin yaradıcılığına yüksək dəyər verilməsi, bizə gəlib çatmış əsərlərinin
dilinin anlaşılıqlı olması Türk dünyasının diqqətini cəlb etmiş və etməkdədir.
Ədibin yaradıcılığını tədqiq edən müxtəlif ölkələrin tədqiqatçılarının Yunus
Əmrəni öz milli ədəbiyyatlarına aid etmələrinə cəhdləri başa düşüləndir. Bu
Yunus Əmrənin qələmə aldığı əsərlərinin dilinin müasir dövrümüzdə bütün türk
dilli xalqlar tərəfindən anlaşılmasından irəli gələn amildir. Tədqiqatçılar tərəfindən
Yunus Əmrə yaradıcılığında türk dilli xalqlara aid dil xüsusiyyətlərini özündə əks
etdirməsi faktı açıqlanmışdır: "Yûnus’un şiirlerinin dili, her ne kadar, bazı
bilgi yükü taşımayan fonetik yorumlar bir yana (Örnek: bazı eklerin
vokallerinin düz vy yuvarlak olması, bazı hallerde ötümlü ve ötümsüz
konsonantların farklı seçilmeleri, vs.) STT (Standard Türkiye
Türkçesi)’ninkilere yakın özellikler sergilese de, bu şiirlerde daha çok Eski
Anadolu Türkçesi’nin, bir kısmı günümüz Türkiye Türkçesi’nde, Azerbaycan
Türkçesi’nde, Türkmen Türkçesi’nde canlılıgını sürdüren yaygın özelliklerini
buluruz.” [4,61-77] Söz sənətində bədii kamillik baxımından bədii düşüncə,
bədii hiss və s. kimi fəziləti özündə birləşdirmiş Yunus Əmrənin Azərbaycan,
türk, tatar və digər millətlərə aid tədqiqatçıların öz milli ədəbiyyatlarına
aid etmələri özünü göstərməkdədir.
Təsəvvüf tərəfdarı kimi türkdilli ədəbiyyata təsir
göstərmiş Yunus Əmrənin doğum və ölümü, harada anadan olması və vəfat etməsi ilə
bağlı mənbələr mübahisə doğurmaqdadır. Bu da ədibin konkret olaraq Azərbaycan və
ya türk ədəbiyyatına aid olması ətrafında mübahisələrə yol açmışdır. Bu mübahisələr
parəkəndə ümumtürk ədəbiyyatının nümayəndəsi olan ədibin qəbrinin həm Azərbaycanda,
həm də Türkiyədə olması faktlarının irəli sürülməsində özünü büruzə verməkdədir.
Sovet İttifaqı zamanı milli dəyərlərimizə sahib çıxa bilmədiyimiz bir dövrdə
Türkiyə Cümhuriyyətinin Yunus Əmrəyə sahib çıxması ümumtürk ənənələrinin məhv
olmadığına bir işarədir. Şairin harada və nə vaxt doğulduğu qəti şəkildə müəyyənləşdirilməsi
mümkün olmamışdır. [11] Türkiyə Cümhuriyyətinin Yunus Əmrə haqqında dəqiq
tarixi faktların əldə etməməsinə rəğmən, "bəzi dəlil və rəvayətlərə söykənərək
bunlardan Əskişəhər - Sangöydəki məzar Yunisin həqiqi məzarı olaraq qəbul
edilmiş və burada bir xatirə düzəldilərək 6.05.1949-cu ildə bir təntənəli mərasim
qurulmuşdur.” [26,61]
F.e.d., prof. Azad Nəbiyev vurğulamışdır ki, "Yunis
İmrənin türk dünyasının hansı bucağında dünyaya gəldiyi, hansı ölkəsinin
qucağında uyuduğu məlum deyildir. Onun məzarının müxtəlif yerlərdə olduğu iddia
edilir. Yunis İmrənin qəbri ilə bağlı rəvayətlər çoxdur, əslində böyük sənətkarın
beş yerdə, o cümlədn Azərbaycanın Qax bölgəsində qəbri olduğu güman edilir.
Onların hansı Yunis İmrənin həqiqi qəbridir, məlum deyildir.” [24,81]
Yunus Əmrənin Şəkidə də qəbri olması haqqında iddialar da mövcuddur: "Hatta Azerbaycanlılar bile mezarına sahip çıkmış
Yunus’un mezarının Azerbaycan’da olduğunu iddia etmişlerdir. Şeki’de Yunus Emre
ve Hacı Taptık’ın kabirlerinin bulunduğu Oğuz Kabristanı ve Şeki Türk Şehitliği
vardır.” [22] Tədqiqatçıların bəziləri
isə Yunus Əmrənin bir çox məzarlarının olması faktına toxunarkən, Azərbaycanda
məzarı olması faktına toxunmamış, yalnız Türkiyə Cümhuriyyəti ərazisində
olmasını qeyd etmişdilər: "Yunus Emre'nin mezarı
olduğu iddia edilen pek çok mezar ve türbe vardır. Bunlar; Eskişehir'in
Mihalıççık ilçesine bağlı Sarıköy; Karaman'da Yunus Emre Camii avlusu; Bursa;
Aksaray ile Kırşehir arası; Ünye; Kula ile Salihli arasında Emre Sultan köyü;
Erzurum, Duzcu köyü; Isparta'nın Gönen ilçesi; Afyon'un Sandıklı ilçesi; Sivas yakınında
bir yol üstü. Ayrıca Tokat'ın Niksar ilçesinde de bulunmaktadır.” [22] Azərbaycanlı tədqiqatçı, professor Məşədixanım
Nemət isə Yunus Əmrənin qəbrinin Qax rayonunun Oncalı kəndindəki Oğuz məzarlığında
olması faktına aydınlıq gətirmişdir: "...Qax rayonunun Oncalı kəndində yerləşən qəbristanlıqdakı Şeyx Yunus və Hacı Tapdıq baba pirləri
yerli əhali tərəfindən müqəddəs sayılan ziyarətgahlardan
biridir.” [22,14] Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru,
dosent Əziz Ələkbərli "Yunis
Əmrə tarixi şəxsiyyətinin Azərbaycanda izləri” [13] başlıqlı yazısında məqsədinin əsas səbəbini açıqlamış, Yunus Əmrənin
Azərbaycanla bağlı olmasını təsdiq etməyə cəhd etmişdir: "...bizim bu yazıdakı
məqsədimiz bu böyük şairin, övliyanın yaradıcılığını izləmək, onun poetik
incəliklərini aşkarlamaq yox, Yunis Əmrə tarixi şəxsiyyətinin Azərbaycandakı
izlərini araşdırmaqdır.” Əziz Ələkbərli iddiasına sadiq qalaraq Azərbaycanda,
daha dəqiq məkan göstərərək Oğuz məzarlığında Şeyx Yunis və Hacı Tapdıq
ziyarətgahının olmasını qeyd etmişdir: "Yunis Əmrənin Azərbaycanla bağlılığını
təsdiq edən ən tutarlı faktlardan biri onun Azərbaycan Respublikasının Qax
rayonunun Torpaqqala adlanan qədim yaşayış məskənində – Oncallı kəndi
yaxınlığındakı Oğuz qəbiristanlığında yerləşən məzarıdır. Bu qəbiristanlıq
Yevlax - Balakən magistral yolunun, eləcə də Oncallı kəndinin içərisinə doğru
gedən kənd yolunun sol tərəfində, meşəlikdə geniş bir ərazini əhatə edir və
Hacı Tapdıq Baba və ondan bir qədər yuxarıda yerləşən Şeyx Yunis qəbirləri ilə
başlayır.” Əziz Ələkbərli Yunus Əmrənin məzarının Azərbaycanda olması faktının
düzgün qiymətləndirilməsinin tərəfdarı kimi qeyd etmişdir: "Bizcə, Yunis
Əmrənin və onun mürşidi Tapdıq Əmrənin gerçək məzarlarının Azərbaycanda olması
Ortaq Keçmişimizin həm də Ortaq Gələcəyimizə bir körpü olmasının rəmzi kimi
qəbul edilməlidir.”
Qeyd
etmək lazımdır ki, Dədə Qorqudun, Mövlananın, Molla Nəsrəddinin, Qaracaoğlunun
bir neçə qəbirləri olması haqqında rəvayətlər gəzməkdədir. Məsələn, Dədə
Qorqudun Azərbaycandan başqa Qazaxıstanda,
Türkmənistanda, Sır-dərya sahilində və digər yerlərdə məzarı olması haqqında
iddialar mövcuddur. Yunus Əmrənin də müxtəlif yerlərdə qəbirləri olması iddia
edilən tarixi şəxsiyyətlərdən biridir. Yunus Əmrənin qəbrinin müəyyənləşməsində
isə xalq arasında yayılmış rəvayətə də istinad edilməlidir. Torpaqqala
adlanan qədim yaşayış məskənində – Oncallı kəndi yaxınlığındakı Oğuz
qəbiristanlığında yerləşən məzar Yunis Əmrə və onun mürşidi Tapdıq Əmrə
haqqında olan rəvayəti də özündə əks etdirə bilmişdir.
Yunus Əmrənin qələmə aldığı əsərlərinin janr
xüsusiyyəti, əsərlərinin dilinin tərkibi baxımından diqqət yetirilməsini tələb
edir. Məlumdur ki, çoxsaylı türk dillərinin bir qolu olan Azərbaycan dilinin milli
tərkib hissəsi təşkil etdiyi tayfalar arasında aşıq yaradıcılığının daha çox
oxşarlığı var. Yunus Əmrənin qələmə aldığı şeirlər dil baxımdan daha çox, Azərbaycan
dilinin Qərb dialektinə, hal-hazırda Gürcüstan və həmçinin Dağıstanda yaşayan
qarapapaqlıların dialektində istifadə etdikləri sözləri əks etdirməkdədir.
Türkiyə tədqiqatçılarının özlərinin vurğuladığı kimi anlamadıqları, və ya STT-yə
(Standard Türkiye Türkçesi) çevirməyi
lüzum bildikləri sözlər bu gün də həm azərbaycanlıların, həm də Gürcüstan azərbaycanlılarının
gündəlik danışıq dillərində qorunub saxlanılmışdır.
Osmanlı türkcəsi və Azərbaycan dili arasındakı fərqlik
amili tədqiqatçılar tərəfindən vurğulanmaqdadır. Ə. Dəmirçizadənin qeyd
etdiyi fikirlərə diqqət yetirdikdə aydın olur ki, osmanlı türkcəsi ilə Azərbaycan
dili arasındakı fərqlik XV-XVIII əsrlərdən yaranmağa başlamışdır: "XV-XVIII əsrlər
arasında yazılmış bir sıra sərf və lüğətlərdə "türki” və bəzən "qızılbaş”
istilahı əsasən azəri mənasında işlənilmişdir. Çünki bu dövrdə osmanlı türkcəsi
"rumi” adlanır və azəri, yəni türki dilindən fərqləndirilirdi.” [3,161] Azərbaycan
dilinin osmanlı türkcəsindən əvvəl formalaşması da diqqətdən yayınmamışdır: "Azərbaycan
dili etnik mənşəyinə görə təmiz türk mənşəli olub özündə heç bir qeyri-türk əlaməti
əks etdirmir. Azərbaycan dilinin təşəkkülü isə XI əsrdən əvvəl başlamışdır. Bu
müddəa artıq 30-cu illərdən Azərbaycan dilçiliyində sübut olunmaqdadır.” [7,16]
Konkret olaraq isə, "1930-cu ildə çap olunmuş "Azərbaycan türk xalq şivələri
lüğəti”nin ön sözündə Azərbaycan türk dilinin osmanlı dilindən əvvəl
formalaşdığı göstərilmişdir.” [2,15]
Tədqiqatçılar içərisində Azərbaycan dilinin köklərini
Cənubi Azərbaycan və Qafqazda axtarılmasına toxunulması da diqqətdən yayınmır:
"Müasir türklər (Türkiyə türkləri) irqə görə yevropeiddir. Qədim salnamələrə
görə, qıpçaqlar da mavigözlü, sarışın yevropeid olmuşlar. Tədqiqat göstərir ki,
azərbaycanlıların fiziki tipinin formalaşmasında iki yevropeid antropoloji tip
iştirak etmişdir. R. Qasımova belə bir nəticəyə gəlmişdir ki, "İran azərbaycanlıları
fiziki əlamətlərinin xüsusiyyətlərinə görə, sovet azərbaycanlılarına çox
yaxındırlar. Hər iki qrup Kaspi antropoloji tipinin əlamətləri ilə xarakterizə
edilir”. Deməli, antropoloji nəticələrə görə, Azərbaycan dilinin köklərini bu
dildə danışan xalqın əsas kütləsinin məskun olduğu ərazidə – Cənubi Azərbaycanda
və Qafqazda axtarmaq lazımdır.” [7,23] Bütün bu amilləri nəzərə alaraq,
Yunus Əmrə yaradıcılığının dilində qıpçaqizmlərin, yəni qıpcaq sözlərinin işlənilməsi
onun Azərbaycan ədəbiyyatının nümayəndəsi olmasını bir daha təsdiq edir.
Doğrudur, azərbaycanlılar türk oğuzlarıdır, bu səbəbdən də Azərbaycan dili türk
dilinin oğuz qoluna aid edilmişdir. Ancaq osmanlı türkcəsində qıpcaq sözləri
işlənilmir. Onu da qeyd etmək lazımdır ki, qıpcaqların Azərbaycan xalqının və
onun dilinin formalaşmasına vermis olduğu töhfələr də nəzərə alınmamaqdadır.
"Bu da məlumdur ki, XI əsrdə oğuz və qıpçaq tayfa dillərinin xüsusiyyətləri,
demək olar ki, üst-üstə düşürdü.” [7,355]
Yunus Əmrə yaradıcılığında istifadə olunan sözlərə
diqqət yetirdikdə, M. Erginin "tərəkəmə-qarapapax ağzı” kimi təqdim etdiyi
qarapapaqlıların danışıq dilində işlənən sözlər olmasının şahidi oluruq.
M. Ergin "Kitabi-Dədə Qorqud”la Azərbaycan dili
şivələlərinin bağlılığından danışarkən vurğulamışdır ki, "Bu gün Azəri sahəsində
"Dədə Qorqut” dilinə ən yaxın ağız "Dədə Qorqut kitabı”ndakı coğrafi sahənin
ortasında yayılmış bulanan tərəkəmə-qarapapax ağzıdır... "Dədə Qorqut”un dili
ilə tərəkəmə ağzı arasında böyük bir yaxınlıq olduğu görülür... "Dədə Qorqut
kitabını” oxuyarkən insan özünü bir tərəkəmə topluluğu içində zənn edər.” [5]
Maraqlı fakt odur ki, tədqiqatçılar M. Erginin "... öz araşdırması boyu
"Kitabi-Dədə Qorqud” dilinin tərəkəmə-qarapapaq şivəsi və ya çinçavad ağzı ilə
uyğunluğundan dönə-dönə danışır” [7,67-68] kimi fikirləri ilə razı
olmalarını da göstərmişdilər. Tədqiqatçılar tərəfindən "qarapapaqlıların şivəsində
cənub ləhcəsinin əlamətləri ilə yanaşı qərb ləhcəsinin də xüsusiyyətləri”
olmasına toxunulmuş, "Qars və Axiskada yaşayan qarapapaqların köçəri həyat
keçirən hissəsi "tərəkəmə” adlanması, "bundan başqa, türklər onlara "bezbaş”,
"qaqavan” və "çinçavat” da” deyilməsi və "çinçavat” adlananların isə vaxtilə
Türkiyəyə Azərbaycandan köçmələri də vurğulanmaqdadır. [7,68] Azərbaycan xalqının
tarixi ilə bağlı olan türk tayfalarından biri kimi qarapapaqların şivəsinin tədqiqatçılar
tərəfindən qarışıq Azərbaycan-türk şivəsi hesab edilməsi faktları ilə də
rastlaşırıq. [27,140]
Efrasiyap Gemalmaz Yunus Əmrənin qələmə
aldığı şeirləri Türkiyə Cümhuriyyətində yaşayan türklər üçün anlaşılması üçün STT-yə (Standard
Türkiye Türkçesi) uyğunlaşdırılmasını təklif etməsi diqqətdən yayınmır:
"Yine bu şiirlerde bazan Eski Türkçe’nin, özellikle Karahanlı Türkçesi’nin,
yani Dogu Türkçesi’nin izleriyle de karşılaşırız. Divanü Lûgat-it Türk’te, Kutadgu
Bilig’de, Atebetü’l-Hakayık’ta
görülen bazı kelime ve deyimler seyrek de olsa karşımıza çıkar. Günümüz Türkiye
Türkleri için tanınması ve ögrenilmesi pek güç olmayan bu özellikleri öbekler
halinde vermeye çalışalım. Öncelikle şunu belirtmeliyiz ki, bilimsel
araştırmalarda titizlikle üzerinde durulan, ancak anlam açısından bir deger
taşımayan fonetik ayrıntılara girmeyecegiz. Bu yüzden örnek aldıgmız şiirlerin
önce fonetik olarak mümkün oldugunca Türkiye Türkçesi’ne yaklaştırılmış
olmasına dikkat ettik.” Qeyd etmək istərdim ki, tədqiqatçının Yunus Əmrənin qələmə
aldığı nəzm nümunələrini Türk oxucuları üçün anlaşılması üçün STT-yə (Standard Türkiye Türkçesi)
uyğunlaşdırmasını təklif edirsə də, Yunus Əmrənin qələmə aldığı nəzm nümunələri
Azərbaycan, xüsusilə də Gürcüstan və Dağıstanda yaşayan azərbaycanlılar tərəfindən
rahat şəkildə anlaşılır. Çünki, Yunus Əmrənin şeirlərində rast gəlinən sözlər
bu gün də Azərbaycan dialektinin qərb qrupunda danışan azərbaycanlıların ləhcə
və şivələrində işlənilməkdədir.
Tədqiqatçının təhlil üçün gətirdiyi nümunələr əsasında fikirlərimizi
isbat etməyə çalışacağıq. Efrasiyap
Gemalmaz Yunus Əmrə şeirlərini STT-yə (Standard Türkiye Türkçesi) uyğunlaşdırmaq üçün etdiyi cəhdlər
özünü doğrulda bilmir. Çünki, Yunus Əmrənin qələmə aldığı nəzm nümunələrində
istifadə etdiyi sözlərə müasir türk dili mövqeyindən yanaşması, şeirdəki fikrin
təhrif olunmasına səbəb olur. Yunus Əmrənin istifadə etdiyi sözlər bu gün Azərbaycan
dialekt və şivələrində müxtəlif nitq hissələrinə aid olaraq işlənilməsi
faktları ilə rastlaşırıq. Məsələn,
Bir gün ola sensiz qalam qurda quşa öyün
olam
Çürüyüben topraq olam ah n’ideyin ömrüm seni
Yunus Əmrənin "Ömrüm beni sen aldattin” şeirinin əslinə diqqət yetirdikdə "öyün”
"ögün” kimi qələmə alınmışdır:
Birgün
ola sensüz kalam
Kurda
kuşa ögün olam
Çürüyüben
toprak olam
Âh
n'ideyin ‘ömrüm seni [15]
Efrasiyap Gemalmaz göstərdiyi "öyün” sözü bu gün də Azərbaycan
dilinin Qərb dialektinin Ayrım-Qarapapaq
subdialektində (əsasən, Qazax, Ağstafa, Tovuz və Gürcüstanda (Borçalı, Qaraçöp))
işlənilməkdədir. Qazax subdialektində "öyün” "o gün” "ev” (öyün sizə getmişdik,
öydə yoxuydunuz- o gün sizə getmişdik, evdə deyildiniz), Borçalı subdialektində
"öyün” "evin” (öyün yıxılmasın- evin dağımasın) və s. mənalarda işlənilməkdədir.
"Ögün” sözü isə Yunus Əmrə tərəfindən yemək mənasında təqdim edilmişdir. Yəni,
qurda, quşa yem olum. Bu gün də dilimizdə "qurda-quşa yem olmaq” kimi ifadəsi
işlənilməkdədir. "Ögün” sözünün Kitabi Dədə Qorqudda "tərif” mənasında işlənilməsi
ilə üzləşirik: "Qan Turalı yigitlərin
ağlar gördi, aydır: "Marə, alca qopuzum ələ alıñ, məni ögüñ!” [8,116]
Efrasiyap Gemalmaz bu bəndi təhlil edərkən
"qalam” və "olam” feillərini STT-yə (Standard Türkiye Türkçesi) çevirməyə cəhd
edərkən bəzi məqamları yaddan çıxartmışdır. Feilləri gələcək zamanda təqdim etməyə
cəhd etmiş tədqiqatçı bu zaman bədii nümunənin çatdırmaq istədiyi mənanı düzgün
təqdim edə bilmir. Yunus Əmrənin bədii nümunədə feilin arzu şəklində işlətdiyi
"qalam”, "olam” feillərinin gələcək zamanla əlaqələndirən Efrasiyap Gemalmaz bu feilləri gələcək
zamanla əlaqələndirməsi bəndi oxuduqda özünü doğrultmur. Yunus Əmrə qalam, olam
feilləri ilə yanaşı ölem, gelem və s. bu cür feillərdən geniş şəkildə istifadə
etmişdir. Bu cür feillər müasir Azərbaycan ədəbi dilində və dialektlərində işlənilir.
Yunus Əmrənin "Ey yarenler ey
kardeşler ecel ere ölem bir gün” şeirində Efrasiyap Gemalmaz "öl-//-e+//+m =
ölecegim; gel-//-e+//+m = gelecegim” kimi təqdim etmişdir. Lakin şeirin əsilinə
diqqət etdikdə, həqiqətən də "ölem”, "gelem” feilləri işlənilmişdir ki, feillərin
sonluğundakı -em müasir dilimizdə -əm şəkilçisidir ki, feillərin sonunda işlənən
şəxs kateqoriyası şəkilçiləri kimi diqqəti cəlb edirlər:
İy yârânlar iy kardaşlar
ecel ire ölem birgün
İşlerüme pişmân olup
kendözüme gelem birgün. [20]
Efrasiyap Gemalmaz Yunus Əmrənin istifadə etdiyi
"aza”, "azdırsın”, "qıla”, "öldüreler” kimi feillərin üçüncü şəxsə dolayı əmr
formasında olmasına toxunmuşdur: "Bu ek Azerî Türkçesi’nde de oldugu gibi, 3. kişiye
dolaylı emir görevinde de görülür”. Tədqiqatçının konkret olaraq, feillərin Azərbaycan
dilində olması faktına toxunması, lakin feilləri işlənmə məqamına görə düzgün təyin
edə bilməməsi özünü göstərməkdədir. Tədqiqatçının "aza” feilini "az-//-a+//+ø =
azsın” "azdıra” feilini "azdır-//-a+//+ø = azdırsın”, "qıla” feilini
"qıl-//-a+//+ø = kılsın”, "öldürüler” feilini isə "öldür-//-e+//+ler =
öldürsünler” kimi istifadə edilməsi məqamını qeyd etmişdir. Yunus Əmrənin "Ne
der isem hükmüm yürür” şeirində istifadə edilmiş "aza” və "azdıra” feillərini
STT-yə (Standard Türkiye Türkçesi) çevirməyə cəhd etmiş Efrasiyap Gemalmaz
"azsın” və "azdırsın” kimi təqdim etmişdir. Şeirdəki bu bəndə diqqət yetirdikdə, heç də müəllifin gələcək zamanda, əmr
şəklində, yəni tədqiqatçının vurğuladığı kimi "emir görəvində” hərəkət edilmir:
İblis-ü Âdem kim olur, ya aza ya da azdıra,
Cümle benim eyi yavuz, kamusun benden tutarım. [21]
Dilimizdə -a, -ə şəkilçiləri vasitəsi ilə isim və sifətdən
feil düzəlməsi faktı bu gündə mövcuddur. Bu şəkilçiyə malik olan feillər
prosesin, o cümlədən halın adını bildirir. Yunus Əmrənin
İblis ü âdem kim olur ya
aza yahut azdıra
misrasında
aza və azdıra feillərinin gələcək zamanda əmr şəklində deyil, hal-hazırda baş
verə bilən hadisəni təqdim edir. Yəni, tərcümə etdikdə, iblis ü Adəm kimdir ki
aza və ya azdıra, yəni hal-hazırda baş vermiş hərəkəti təqdim edir. İblis ü Adəmin
gələcəkdə görəcəyi işi nəzərdə tutmur. Onu da qeyd etmək lazımdır ki, -a, -ə şəkilçiyə
malik feillərin əksəriyyəti təsirsiz olaraq, prosesin nəticəsini, əlamətini
göstərə bilir. Müəllifin istifadə etdiyi "aza” və "azdıra” feilləri də bu mənada
işlədilmişdir.
Efrasiyap Gemalmaz Yunus Əmrənin istifadə etdiyi -ıp şəkilçisini
keçmiş zaman şəkilçisi kimi təqdim etmişdir: "Çok seyrek olarak Azerî
Türkçesi’nde oldugu gibi /-(y)Ip/ gerundium ekinin de ögrenilen geçmiş zaman
eki olarak kullanıldıgını görüyoruz.” Tədqiqatçı "alıp”, "tutup” feillərinin
keçmiş zamanda işlənilməsinə toxunmuş, STT-yə (Standard Türkiye Türkçesi) çevirərək
göstərmişdir: al-//-ıp+/ = almış, tut-//-up+/ = tutmuş və s. Lakin həmin feillərin
işlənildiyi məqama diqqət yetirdikdə, müəllifin hadisələrin keçmiş zamanda
deyil, bir subyektin ikinci bir subyektin hərəkətinə qarışmasını göstərmişdir.
Yunus Əmrənin "Severem
ben seni cândan içerü” [17] şeirində "alıpdır”, şeirin əslində isə
"alupdur” feilində -up, yəni -ub (-ıb, -ib, -üb) şəkilçiləri yalnız müasir
dilimizdə deyil, klassiklərimizin dilinə də aiddir. Feilin nəqli keçmişinin
ifadəsidir.
Senün
‘ışkun beni bende alupdur
Ne şîrîn
derd bu dermândan içerü
Yunus Əmrənin "Ey padişah, ey padişah” şeirində
İy pâdişâh iy pâdişâh her dem işin düze
durur
Dünyâ anun bostânıdur sevdügini üze durur [19]
misrasında türk tədqiqatçısı Efrasiyap Gemalmaz "üze durur”u "yine STT’ndeki
gibi tasvirî fiillerin yapısına girer: Örn.:
üz-//-e + dur-/ = üzüp dur”
kimi olmasını qeyd etmişdir. Tədqiqatçı "üzə durur”u "üzüp dur” kimi təqdim
etmişdir. Qeyd etməliyik ki, şeirdə istifadə edilmiş "üzə durur” hal-hazırda
dilimizdə işlənməkdədir. Mənası isə əleyhinə ifadə vermək, üzünə durmaq,
inad etmək, təkid etmək, öz dediyindən, tələbindən əl çəkməmək kimi mənalarda
işlənməkdədir. Bu misrada da istifadə edilmiş "üzə durur” açıq aydın şəkildə
ifadə etdiyi fikri əks etdirir, yəni sevdiyini təkid etməsini əks etdirir.
Efrasiyap Gemalmazın Yunus Əmrə yaradıcılığında
istifadə edilmiş -dır və yanında "durur” şəkilçisi kimi təqdim etməsi amili də
də ədibin dilinin başa düşülməsində düyünlük yaradır. Tədqiqatçı ədibin istifadə
etmiş olduğu "turmuş durur” tərz birləşməsini "durmuştur” kimi təqdim etmişdir:
dur-//-muş+//+durur = durmuştur. Lakin bunu "ihtimal kuvvetlendirme eki olarak
/+dIr/ yanında /+dUrUr/” kimi təqdim etmişdir, yəni -dır şəkilçisi kimi. Qeyd
edək ki, hal-hazırda Azərbaycan dilində "durur” feilinin əlavə edilməsi ilə
birləşmələr işlənməkdədir. Məsələn, bu işin kökündə xəyanət durur, bütün günü deyinib
durur, boş-boşuna baxıb durur, yazıb durur, qoruyub durur, gözləyib durur və s.
Azərbaycan dilində tərz mənalarını ifadə edən feillərin hər biri əsas feillərlə
işlənə bilir. Durur, yəni durmaq köməkçi feili Yunus Əmrənin "Ne söz keleci der
isem” şeirində istifadə edilmiş "turmuş durur” birləşməsində "turmuş” yəni
"durmuş” feili ilə qoşa işlənərək hərəkətin davamlığını göstərən tərz birləşməsi
kimi özünü göstərir.
Dîv ü perî ins ü melek sever seni her mahlûkât
Hayrân olup ileyünde turmış durur hûr u melek [16]
Yunus Əmrənin
"Gözüm seni görmek için” şeirində də istifadə edilmiş
"hasret durur”, yuxarıda qeyd etdiyimiz "turmuş durur” kimi köməkçi "durur”
feili ilə işlənilmişdir:
Yûnus hasret
durur sana hasretüni göster ana
İşün zulüm degülise dâd eylegil varmagiçün [14]
"Durur” köməkçi
feilinin işlənilməsinə Azərbaycan mütəffikirlərinin yaradıcılığında tez-tez
rast gəlinməkdədir. Məsələn, dahi Füzuli yaradıcılığında da bununla üzləşirik:
Hökm onun һökmü durur, fərman onun fərmanıdır.
Nəsimidə də "durur” köməkçi feilinin işlənilməsi məqamı
ilə rastlaşırıq:
Dün ki keçdi,
danla qaib, bəs bu dəm xoş dəm durur.
Tədqiqatçılar tərəfindən Yunus Əmrə
yaradıcılığında gələcək zamanda işlənəcək sözlərin -çıq-//-ıcaq+/ -kimi şəkilçilərlə
təqdimi ilə də rastlaşırıq:
bu âleme çıqıcaq bir aceb hâle geldim [4]
Yunus Əmrə yaradıcılığına aid nəzm nümunələrinin
incəliklə təhlil edilməsi rəğbət doğursa da, sözlərin oxuculara səhv təqdim
edilməsi bir o qədər də təəssüf doğurur. Yunus Əmrənin "Bundan beri gönüldüm” şeirinin bu misrasında tədqiqatçı Efrasiyap Gemalmaz "çıqıcaq” feilini gələcək zaman şəklində təqdim
etmişdir. Lakin şeirin əslində "cıqıcaq” feilinin "cıqıcaq” şəklində deyil,
"çiktim” kimi təqdim edilməsinin şahidi oluruq:
Bundan beri gönüldüm dost ile bile geldim
Pes bu âleme çıktım
bir aceb hâle geldim [18]
Yunus Əmrənin
qələmə aldığı şeirlərin təhrif olunmuş şəkildə təqdim edilməsi ədibin
yaradıcılığını ətraflı və düzgün tədqiq edilməsində maneələrə yol açır. Bu maneələrin
meydana gəlməməsi üçün Yunus Əmrə yaradıcılığına aid olan bədii nümunələri
olduğu kimi ictimaiyyətə təqdim etmək gərəkdir. Yunus Əmrə yaradıcılığına aid
nümunələrdə sözlərin müxtəlif variantlarda təqdimi yalnız oxucular arasında
deyil, tədqiqatçılar arasında da çaşqınlıq yarada bilir. Məsələn, Yunus Əmrənin "Severim ben seni candan içeri”
şeirin əslində təqdim edilmiş "degüləm” feili "degülven” kimi təqdim edilməsi
oxucularda çaşqınlıq yaradır. O baxımdan, vurğulamışdım ki, Yunus Əmrə şeirləri
əslində olduğu kimi, dəyişikliyə uğramadan təqdim edilməlidir. Efrasiyap
Gemalmazın qələmə aldığı məqalədə Yunus Əmrənin "degüləm” "degülven” kimi təqdim
edilmişdir:
Beni sorma
bana bende degülven
sûretim boş yürür dondan
içeri.
şeirin
bu misrası şeirin əslində Yunus Əmrə tərəfindən belə təqdim edilmişdir:
Beni sorman
bana bende degülem
Sûretüm boş
gezer tondan içerü [17]
Efrasiyap Gemalmaz "degül+//+ven = degilim” kimi təqdim etdiyi feili təhlil
edərək belə yanlışlığa yol verir: "şahıs zamiri "bn / ben / bin”in çeşitli ses
olayları sonucunda ekleşmesiyle oluşmuş teklik
1. şahıs bildirme eki, STT’ndeki alomorflarından farklı olarak /+vAn/, /+vAnIn/, /+Am/, /+m/, /+yIn/, şekilleriyle de görülür: Beni sorma bana bende degülven.”
Yunus Əmrənin
"degüləm” işlətdiyi feili ədəbiyyatımızda daim istifadə edilmişdir. Məsələn, azərbaycanlı şair, XIX əsrdə yaşamış Ordubad şairlərindən olan Qüdsi Vənəndinin aşiqanə qəzəllərində rast gəlinir:
Qəhr üzilə demisən: "Aşiqi mədhuş elədim”.
Yeri get, mən sənə bundan sora talib degüləm
Müasir dövrümüzdə "deyiləm” feili özündən qabaq gələn sözə inkarlıq, ya
ziddlik mənası verir, feildən sonra gələrək,
xəbərlik şəkilçiləri ilə eyni mənada cümlədə xəbər kimi işlənilir, həmçinin də
eyni mənada şəxs sonluqları ilə işlənilir: deyiləm, deyilsən, deyildir. Yunus
Əmrədə "degülem” ("beni sorman bana bende degülem”) şəxs sonluğu ilə işlənilmişdir.
Təəssüf doğuracaq hallardan
biri də Yunus Əmrənin fikirlərinin təkzib edilməsidir. Məsələn, Azərbaycan dilində
hal-hazırda işlənilən sözlərin türkməncə olmasına toxunulması və STT-yə
uyğunlaşdırılması zamanı buraxılan səhvlər də diqqətdən yayınmır: "şahıs çokluk ekinin STT’nde aslî sayılan vokali, Yûnus’un şiirlerinde
genellikle Türkmence’de oldugu gibi yardımcı durumdadır.” [12] Tədqiqatçı misallar da göstərmişdir: ol-//-ma-//-+n
= olmayın, unut-//-ma-//-+n = unutmayın. Yunus Əmrənin şeirlərindən nümunə gətirilmiş
həmin feillərin heç də həmin şeir nümunələrində olmayın, unutmayın və s. mənasında
işlənilməməsinin şahidi oluruq. Onu da vurğulamaq lazımdır ki, hal-hazırda da Azərbaycan ədəbi
dilində, həmçinin Azərbaycan dilinin dialektinin qruplarında belə sözlərə
tez-tez rast gəlinir: olman, unutman və s. Yunus Əmrənin "Yalanci dünyaya konup
göçenler” şeirində "unutman” feilinə diqqət yetirək:
Gelin
duadan unutman bunları,
Ne
söylerler, ne bir haber verirler.
Bu misrada tədqiqatçının
qeyd etdiyi kimi "unutmayın” deyil, müəllif tərəfindən kiminsə nəyisə
unutmasını, yəni yaddan çıxartmasına toxunmuşdur. "Unut” feili olsa idi təsdiqdə
olardı. Çünki feillər kök və başlanğıc formada olanda təsdiqdə olur. Yunus Əmrənin
"unutman” feilini işlətməsi, yəni hərəkətin icra edilməməsini göstərir. Bu da
inkar feil kimi diqqəti cəlb edir. İnkar feillər -ma2 şəkilçisi
vasitəsilə düzəlir. "Unutman” feilində -n şəkilçisi şəxs sonluğudur.
Əski əlifbayla, yəni ərəb hərfləri ilə yazılmış
klassik ədəbiyyat nümunələrinin düzgün oxunmaması müəyyən yanlışlıqlara yol
açmaqdadır. Bəzən hərflərin və ya da hərflər üzərindəki hərəkələrin düzgün
oxunulmaması problemlərin yaranmasına səbəb olmuşdur. Qeyd edək ki, "ərəb əlifbasında
6 sait səs olduğu halda, dilimizdə 9 sait səs mövcuddur. Ərəb və fars dillərində
sait səslər iki qrupa bölünür:
1. Uzun saitlər: a, u, i
2. Qısa saitlər: ə, e, o
Qısa saitlər də hərəkələrlə ifadə olunduğundan
onlar yazıda ancaq sözlərin əvvəlində "ا"əlif hərfi ilə yazılır, sözlərin
ortasında hərəkələr bir qayda olaraq yazılmır, lakin oxuda nəzərdə tutulur. Bu
da müəyyən çətinlik yaradır.” [1,4] Əski əlifbada qələmə alınmış bədii
nümunələrin oxunuşu zamanı yaranmış belə problemlərlə tez-tez üzləşmək
mümkündür. Daha doğrusu, adət halı alması inkaredilməz bir faktdır.
Yunus Əmrə yaradıcılığında istifadə edilmiş sözlərin
Azərbaycan ədəbi dilində və Azərbaycan dialektlərində hal-hazırda işlənilməsi
inkaredilməz bir reallıqdır. Yunus Əmrənin qələmə aldığı nümunələrin STT-yə
(Standard Türkiye Türkçesi) çevrilərək müasir türk oxucularının başa düşülməsi
üçün edilən təkliflərə baxmayaraq, həmin sözlər Azərbaycan dilində işlənilməkdə
və aydın şəkildə başa düşülməkdədir. Efrasiyap Gemalmaz "besleyesin” feilinin
"besle-//-ye+//+sin = besliyorsun” kimi təqdim edilməsini göstərərək, müasir
türk oxucusu üçün "besleyesin” sözünün türkcə variantını "besliyorsun” kimi
anladır. -la, -lə şəkilçilərilə nitq hissələrindən feil əmələ gəlməsi, -ya, -yə
şəkilçiləri feilin bacarıq şəklini əmələ gətirmək üçün əsas feil kökünə əlavə
edilməsi, "n” isə feilin şəxs kateqoriyasının ikinci şəxsin təkinin şəkil əlaməti
olması məlum faktdır. Efrasiyap Gemalmaz qeyd etdiyi kimi "besleyesin” sözü
"”besliyorsun” kimi deyil, "bəsləyə bilərsən” mənasında təqdim edilir:
Nice
bir besleyesin bu kadd ile kâmeti
Düşdün
dünyâ zevkıne unutdun kıyâmeti
Qeyd etmək lazımdır ki, Azərbaycan dialektlərində ümumqıpcaq formasına əsaslanaraq,
indiki və gələcək zamanlar məhz -a şəkilçisi ilə yaranır. Məsələn; muğan
dialektində "alasan” "alırsan” mənasında işlənilir. Daha sonra nux dialektində
"gələsən” yəni ədəbi dilə "gələrsən” əvəzinə işlənilməsi də mövcud faktdır.
Qarabağ dialektində "alassan” ədəbi dildə işlənən "alacaqsan” yerinə işlənilməkdədir.
Fellərin işlənməsi zamanı Efrasiyap
Gemalmaz Yunus Əmrənin "Yok yere geçirdim günü”
şeirində "gelmeyesin” felinin gələcək zamanda "gelmeyeceksen”
kimi təqdim etməsi də diqqətdən yayınmır.
Gidip geri gelmeyesin gelip beni bulmayasın
bu benlige sermayesin ah
n’ideyin ömrüm seni
Tədqiqatçı "gel-//-me-ye+//+sin = gelmeyeceksin” kimi təqdim edərək,
"Çok kere bu ekin gelecek zaman ifade ettigini de görürüz” kimi fikrini səsləndirmişdir.
Lakin Yunus Əmrənin qələmə aldığı "Yok yere geçirdim günü” şeirin əslində feillərin "gelmeyiser”,
"bulmayısar”, "sürmeyiser” kimi təqdim edilməsinin şahidi oluruq. Şeirin əslini
mütaliə etdikdə isə artıq tədqiqatçı Efrasiyap
Gemalmazın fikirlərində haqlı olmadığı, şeirdə təqdim edilən "gelmeyiser”in gələcək
zamanda "gelmeyeceksin” mənasında olmadığı da diqqətdən yayınmır:
Gidüp gine gelmeyiser
Gelüp beni bulmayısar
Bu begligi
sürmeyiser
Âh n'ideyüm
‘ömrüm seni.
Yunus Əmrənin şeirinin əslindəki
"gelmeyiser” feilinə diqqət yetirək. "Gel” yəni "gəl” feili feil əsasları leksik mənasına görə ancaq feil
mənası olan əsas feildir. Bu zaman "gel” feili -mə (-ma) inkar edici şəkilşi
artırılmaqla əmr şəklinin II şəxsin təkində işlənməsi ilə diqqəti cəlb edir. Qeyd
edək ki, feilləri başqa nitq hissələrindən ayıran əlamətlərindən bir də
inkarlıq kateqoriyasıdır ki, iş və ya hərəkətin bütün zamanlarda icra
olunmamasını bildirir. "Gelmeyesin” feilində -ma şəkilçisi feil kökünə əlavə
olunaraq hərəkətin edilmədiyini bildirməklə yanaşı, əmr məzmununu dəyişdirmir,
yəni, gəlmə. "Gelmeyesir” feilin gələcək zaman təsəvvürü verən feili sifət kimi
özünü göstərir. Qeyd edək ki, -ası, -əsi, -yası, -yəsi şəkilçiləri vasitəsilə təsdiq
bildirən feil köklərindən feili sifətlər formalaşır. Yunus Əmrənin "gidip geri gelmeyise gelip beni bulmayısar”
misrasında yəni gedib geri gəlməyirsə, gəlib məni bulmayırsa” kimi özünü göstərməkdədir.
Efrasiyap Gemalmaz "Yunus Emre’nin
şiirlerindeki dil özellikleri” adlı məqaləsində Azərbaycan dilində işlənmiş
sözləri qəbul etməyərək, o dildə yazıldığını vurğulamayaraq, quruluş və məna
baxımından Azərbaycan və Türkmən Türkcəsini xatırladan elementlərə də rast gəlinməsini
qeyd etməsi Yunus Əmrənin süni şəkildə özünküləşdirmək kimi anılmalıdır: "Yer yer yapı vy anlamca Azerî ve Türkmen
Türkçeleri’ni hatırlatan unsurlara da rastlayabiliriz: Örn.: bular = bunlar, il
= halk, cemaat, tut- = çevir-, dur- = kalk- , danış- = konuş-, yesir = esir, öz
= kendi, tap- = bul-, var- = git-, vbg.” Tədqiqatçının nümunə kimi göstərmiş
olduğu bütün sözlər, yəni Yunus Əmrə yaradıcılığında rastlaşılan bunlar, vilayət, tut, dur, məsləhətləş, yemək,
öz, tap və s. sözlərin bu gündə müasir Azərbaycan dilində və ya dialektlərində
işlənilməsinə rast gəlmək mümkündür. Məsələn, vilayət sözü böyük
inzibati ərazi bölgüsünü nəzərdə tutur. Vilayət sözü yalnız yaşadığımız dövrdə
deyil, əvvəlki dövrlərə aid yazarlarımızın da yaradıcılığında rast gəlinir.
A. Bakıxanovun, M. Adıgözəlbəyin,
S.S. Axundovun və digər sənətkarlarımızın yaradıcılığında istifadə
edilmişdir: "Buna görə mən … müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və
ətrafında baş verən hadisələri toplayaraq, bir kitab yazmağa başladım.” (A. Bakıxanov).
Hətta
tədqiqatçıların Yunus Əmrənin yaradıcılığında olan sözlərin bugünkü STT-yə
köçürülməmiş sözlər olmasına toxunulmasına da rast gəlinir. "Ayrıca Yûnus’ta Eski Türkçe devresinden günümüz STT’ne intikal etmemiş kelimeleri
de görebiliriz.” Misal kimi göstərilən süñük = kemik, yel- =
koş-, neñ =
şey, nesne, biti
= yazılı şey, defter, görklü = güzel, ilt- = götür-, sevi = sevgi, aşk, sagınç =
düşünce endişe, assı = fayda, kâr, tamu = cehennem, uçmaq = cennet, od = ateş, anda = orada, em = ilaç, öküş = çok, buş- = öfkelen- və digər sözlər müasir Azərbaycan oxucusu üçün
aydındır. Görklü, anda, od və s. sözlər bu gün müasir ədəbi dil və Azərbaycan dialektinə
aid olan qruplarda özünü göstərməkdədir. Azərbaycanlı tədqiqatçıları da Yunus
Əmrə yaradıcılığında istifadə edilmiş sözlərə və ya istifadə edilmiş şəkilçilərə
Azərbaycan dilinin dialekt və şivələrində işlənilməsi faktına toxunmuşdular:
"Duruş
kazan, ye, yedir, bir gönül ele getir,
Yüz
Kabeden yiğrektir bir gönül ziyareti
misralarında işlənmiş yiğrek sözünün ədəbiyyata ilk dəfə Yunus Əmrə tərəfindən
gətirildiyini qeyd edirlər. Daha sonralar bir sıra Türk dillərində -raq, - rək
formasında işlənərək XVI əsrə qədər ədəbi dil faktı kimi digər müəlliflərin də
dilində istifadə olunduğu görünür. XVI əsrdən sonra Azərbaycan dilində yazılmış
əsərlərdə bu şəkilçiyə rast gəlmirik. Lakin dialekt və şivələrdə öz mövcudluğunu
qorumuşdur. Müasir türk dillərindən çoxunun lüğətlərində qeydə alınmışdır.
Sözün kökü olan yeğ XIII-XVI əsr abidələrində "yaxşı, güclü, qüvvətli, hökmlü”
kimi mənalar bildirmişdir. N.A. Baskakov sözün tarixi inkişaf yolunu izləyərək
göstərir ki, bu söz yeg ~ yeδ ~ yey
formasında inkişaf yolu keçərək yey kimi sabitləşmişdir. Hazırda Azərbaycan dilinin
dialekt və şivələrində yey formasında qalmışdır. Bu forma yazılı abidələrimizdən
ən çox "Kitabi-Dədə Qorqud” dastanlarının dilində müşahidə olunur.” [23]
Yunus Əmrənin
istifadə etdiyi sözlərin qarapapaqlıların dilində istifadə edilməsinə bu gün də
rast gəlinməkdədir. Yunus Əmrənin
"Sordum sarı çiçeğe” nəzm nümunəsində istifadə etdiyi "çiçek der derviş baba”
misrasında "der” feli Azərbaycan ədəbi dilində işlənilməsə də, dialektlərdə işlənilməkdədir.
Məsələn, hal-hazırda da Azərbaycan dialektologiyasında işlənməsinin şahidi
oluruq: " Mən iki qardaşam, arvadımız bir-birinə elti der.” [9]
Yunus Əmrənin də "çiçek der derviş baba” misrasında "der” məhz "deyir” mənasında
işlədilmişdir.
Sordum sarı
çiçeğe
Annen baban var
mıdır?
Çiçek der derviş
baba,
Annen babam
topraktır.
Yunus Əmrənin "Acep bu benim canım azad ola mı Ya Rab”
şeirində işlətdiyi "varıp” sözü də müasir dövrümüzdə işlənilməkdədir:
Acep bu benim halim yer altında ahvalim
Varıp yatacak yerim akrep
dola mı Ya Rab
"Varıp
yatacak” ifadəsində "varıp” sözü hal-hazırda gürcüstanda yaşayan
qarapapaqlıların danışıq dilində də işlənilməkdədir.
Yunus Əmrə yaradıcılığını diqqətlə mütaliə etdikdə,
bir daha əmin olursan ki, ədibin yaradıcılığı Azərbaycan dilinin dialektlərinə
aid olan sözlərlə zəngindir. Yeddi əsr bundan əvvəl istifadə etdiyi sözlər bu
gün Azərbaycanda, Gürcüstanda, Dağıstanda yaşayan azərbaycanlıların və digər
türkdilli xalqların dilində də rast gəlinməkdədir. Azərbaycan dialektinin Qərb
qrupuna daxil olan şivə və ləhcələrdə isə daha çox rast gəlinməsi, qəbrinin
Qaxda yerləşməsi belə əsas çıxarmağa imkan verir ki, Yunus Əmrə qarapapaqlıların
məskunlaşdığı məkanda yaşayıb yaratmışdır.
Yunus Əmrənin səyahətə çıxması arealının xəritəsini
göz önünə gətirdikdə, onu vurğulamaq lazımdır ki, ədib oğuz tayfalarının məkunlaşdıqları
yerlərə səyahət etmişdir. Bu ilk növbədə, məhz oğuz türklərinin o dövr üçün əhəmiyyət
kəsb edən ədəbiyyatını, fəlsəfəsini, dilini öyrənmək məqsədi daşımışdır. Yunus
Əmrə gəzmək, yəni başqa məkanları görmək niyyətində olsa idi Avropa, ərəb və
digər ölkələrə üz tutardı. Ancaq o Azərbaycan dilinin dialektlərinin yayıldığı
məkanlara üz tutmuşdur. Onun səyahət etdiyi iddia olunan məkanların xəritəsini
gözümüzdə canlandırsaq, bunun şahidi oluruq. Yəni, o yaşadığı dövrdə türk
tayfalarının vahid bir dövrdə yaşaması, tarixi və mədəniyyət baxımından sıx əlaqədə
olmaları, vahid mədəniyyətə malik olmaları ilə üst-üstə düşür.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vurğulamaq
lazımdır ki, Yunus Əmrəni özünküləşdirmək strategiyası tarixi yanlışlıqdır. Bu
amil səhv hesab edilməlidir. Yunus Əmrənin əsərlərinin əsli oxuculara, cəmiyyətə
olduğu kimi təqdim edilməsi zərururidir. Yəni, Yunus Əmrənin yaradıcılığı "STT
(Standard Türkiye Türkçesi)”nə uyğunlaşdırılıb təqdim edilməməlidir. Çünki,
Yunus Əmrənin şeirlərinin əsli Azərbaycan oxucuları üçün anlaşıqlı, başa düşüləndir.
Xaqaninin, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin dilindən anlaşıqlıdır. Yəni,
Yunus Əmrənin şeirlərini oxuyan hər bir azərbaycanlı üçün başa düşüləndir.
Yunus Əmrə yaradıcılığında istifadə edilmiş sözlərin
incələnməsi zamanı türk dilləri üçün əhəmiyyət kəsb edən faktların ortaya
çıxması ədib ətrafında yaranmış mübahisələrə aydınlıq gətirə bilir. Yunus Əmrə
yaradıcılığının Azərbaycan dilinin imkanları hesabına nə qədər zəngin ola bilməsini
göstərməyə qadirdir. Yunus Əmrə yaradıcılığındakı sözlərin Azərbaycan dilinin dialek
və şivələrində istifadə edilməsi qaçılmaz faktdır. Hətta Yunus Əmrə
yaradıcılığında istifadə edilmiş sözlər hal-hazırda da Azərbaycan dilinin ədəbi
dilində, həmçinin Azərbaycan dilinin dialektlərində də işlənməkdədir.
İstifadə edilmiş ədəbiyyat:
1.
Ağamirov C.
Əski Azərbaycan yazısı (ərəb əlifbalı Azərbaycan yazısı) Bakı.2016. 64 səh. səh.
4 // http://anl.az/el/Kitab/2016/Azf-292851.pdf;
2.
Azərbaycan
türk xalq şivələri lüğəti. Rusca, almanca tərcümələrilə. 1-ci c., 1-ci
buraxılış. Bakı, 1930;
3.
Dəmirçizadə Ə.M.
Azərbaycan dilçiliyi inqilab meyvəsidir // Azərb. SSR EA-nın xəbərləri. 1947,
№10;
4.
Efrasiyap Gemalmaz. Yunus Emre’nin şiirlerindeki dil özellikleri. Yunus Emre Sempozyumu
Bildirileri, (15-16Ekim 1991), Erzurum, 1991;
5.
Ergin M.
Dede Korkut Kitabı. II. İndeks-Gramer. Ankara, 1963;
6.
Ələkbərli Ə.
Yunis Əmrə - tarixi şəxsiyyətinin Azərbaycanda izləri. Türk Dünyası Bilgeler
Zirvesi: Gönül Sultanları Buluşması. 2014. Türk Dünyası Kültür Başkenti Ajansı
(TDKB). Eskişehir // http://bılgelerzırvesı.org/bıldırı/pdf/ezız-elekberlı.pdf;
7.
Əzizov E.
Azərbaycan dilinin tarixi dialektologiyası: Dialekt sisteminin təşəkkülü və
inkişafı. Dərs vəsaiti. 2-ci nəşri. Bakı, 2016;
8.
Hacıyev A.
(Şirvanelli). "Dədə Qorqud kitabı”nın şərhli oxunuşu II kitab (1 və 2-ci boylar
üzrə), Bakı, 2019;
10.
http://anl.az/el/Kitab/2019/04/cd/Ar2019-85.pdf;
11.
http://turkey-info.ru/forum/stati145/unus-emre-t3008395.html;
12.
https://acikders.ankara.edu.tr/pluginfile.php/151416/mod_resource/content/1/yunus_emrenin%20dili.pdf;
13.
https://docplayer.biz.tr/[email protected]@[email protected]@[email protected]@ri-y.html;
14.
https://yunusemresiirleri.blogspot.com/2008/04/gzm-seni-grmek-iin.html4;
15.
https://yunusemresiirleri.blogspot.com/2008/04/mrm-beni-sen-aldattin.html;
16.
https://yunusemresiirleri.blogspot.com/2008/04/ne-sz-keleci-der-isem.html;
17.
https://yunusemresiirleri.blogspot.com/2008/04/severim-ben-seni-candan-ieri.html;
18.
https://yunusemresiirleri.blogspot.com/2008/05/bundan-beri-gnldm.html;
19.
https://yunusemresiirleri.blogspot.com/2008/05/ey-padiah-ey-padiah.html;
20.
https://yunusemresiirleri.blogspot.com/2008/05/ey-yarenler-ey-kardesler-ecel-ere-olem.html;
21.
https://yunusemresiirleri.blogspot.com/2008/05/ne-der-isem-szm-yrr.html;
22.
Kuzucular Ş.
Yunus Emre Hayatı Tasavvufi ve Edebi Kişiliği //
https://edebiyatvesanatakademisi.com/tasavvuf-edebiyati-asik-ve-divan/yunus-emre-hayati-tasavvufi-ve-edebi-kisiligi/1035;
23.
Quliyeva K.
Azərbaycan dilinin dialekt və şivələri və XIII əsr türk şeirində (Yunus Əmrə) təsadüf
olunan bir sıra paralel sözlərin etimologiyası. //https://jhss-khazar.org/wp-content/uploads/2010/06/32.pdf;
24.
Nəbiyev A. Azərbaycan
aşıq məktəbləri, Bakı, "Nurlan”, 2004;
25.
Uğur. "Bir mən
vardır məndə məndən içəri»… İlahi türkü deyənlərimiz – Yunis İmrə və
Qaracaoğlan. Xalq Cəbhəsi.- 2012.- 23 iyun // http://www.anl.az/down/meqale/xalqcebhesi/2012/iyun/49.htm;
26.
Yunis İmrə.
Güldəste, Bakı, 1992;
27.
Баскаков Н.А.
Тюркские языки. М.:
Изд-во восточной литературы, 1960.