XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Özəl tibb müəssisələrinə nəzarət gücləndirilməlidir - Ombudsman
HÜQUQ 13:11 / 02.04.2021

Özəl tibb müəssisələrinə nəzarət gücləndirilməlidir.

Yenisəs.az-ın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Ombudsman bildirib ki, özəl tibb müəssiələrində pasientlərlə bağlı müxtəlif problemlər müşahidə olunmaqdadır.

Onun sözlərinə görə, özəl tibb müəssisələrində müalicə, müayinə, profilaktika və digər işlərə nəzarət gücləndirilməlidir. Ombudsman həmçinin qeyd edib ki, "Pasientlərin hüquqları haqqında” qanunun qəbul edilməsi üzrə işlər sürətləndirilməlidir.


833 oxunub

InvestAZ