XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



BİR TAY PƏNCƏRƏNİN ŞEİRİ - Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 12:55 / 02.04.2021

Qapını döydüm vaxtsız...
Əslində vaxt -O Vaxtdı!..
Mənim ruhum yollarda -
Sənin könlün oyaqdı...
Açmasan da qapını
Dayandım kandarında...
Gözüm - həsrət quyusu -
Ürəyim qandalında...
Ağlımdan keçənləri
Sən bilən dildə yazdım...
Qapının gözlüyündən -
Mən ürəyimi asdım...
Susdum, durduğum yerdə
Dinləməkçün qapını...
Qulaq falı titrətdi -
Ürəyimin sapını...
...qapını döydüm vaxtsız
Vaxt elə ,Həmin vaxtdı...
Pəncərənin bir tayı -
Duydum... arxamca baxdı...



2544 oxunub

InvestAZ