XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



Ölkə şokda: 23 gündə 50 min zəlzələ qeydə alındı
Maraqli 19:36 / 25.03.2021

İslandiyada 800 ildir yatan Faqradals vulkanı aktivləşib.

Yenisəs.az  Teleqraf.com-a  istinadən verdiyi  məlumata görə, vulkanın aktivləşməsi ilə ölkədə 50 mindən çox müxtəlif ölçülü zəlzələ baş verib.

Elm adamları bunun yaxın 200 il üçün çox vacib bir başlanğıc olduğunu bildirir.

Vulkan paytaxt Reykjavikdən 40 kilometr cənubda yerləşir. Bölgədəki seysmik fəaliyyət 2019-cu ilin dekabrında başladığı üçün lav püskürməsindən əvvəl 1 aylıq dövrdə tam zəlzələ fırtınası yaşanıb. Bunlardan 3 mini bir gün ərzində baş verib.

Davamlı yeraltı təkanlar Reykjanes yarımadasında yaşayanları günlərlə yuxusuz qoyub. Vulkanın külü Avropada narahatlıq doğurur.

İslandiya vulkanik aktivliyin olduqca yayğın olduğu ölkədir. Belə ki, ölkədə 30-dan çox aktiv vulkan var.

"Geldinqadalur” Vadisi adlanan bölgədəki vulkanlar 800 ildə bir oyansa da, bir dəfə aktivləşədən sonra püskürmələr təxminən 200 il davam edir.


6756 oxunub

InvestAZ