XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Bu, qəbuledilməzdir - Zaxarova
SİYASƏT 21:11 / 08.03.2021

"İnternet ortaq bir sahə olaraq bilinirdi. Ancaq qanunlarımızdan, mövcud qanunvericilik bazamızdan danışsaq, internet nəhəngi adlandırdığınız şirkətlər tamamilə hüquqi çərçivədən kənar davranırlar. Bu, son illərdə, xüsusən 2020-ci ildə tamamilə artan əsl problemdir”.

Yenisəs.az  Publika.az-a  istinadən  xəbər verir ki, bu sözləri Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

M.Zaxarova Qərb internet şirkətlərinin tez-tez Rusiya qanunlarına zidd olaraq hüquqi çərçivədən kənar hərəkət etdiklərini vurğulayıb və bunun qəbuledilməz olduğunu bildirib. Sözügedən şirkətlərin Rusiya internet sahəsində fəaliyyət göstərdiklərini, lakin əksər hallarda ölkə qanunlarına riayət etmədiklərini qeyd edən XİN sözçüsü, qanunların pozulmasına baxmayaraq, internet nəhənglərinin tətbiq olunan cərimələrə məhəl qoymadıqlarını qeyd edib.

Blok tətbiqləri səbəbindən bəzi özəl qurumların, fərdi şəxslərin və vətəndaş cəmiyyəti təmsilçilərinin ABŞ-ın internet platformalarını məhkəməyə verdiklərini xatırladan Zaxarova, ABŞ siyasətçilərinin bloklanmasının bütün dünyanı təəccübləndirdiyini düşündüyünü söyləyib:

Qeyd edək ki, rusiyalı müxalif Aleksey Navalnının ölkəsinə qayıtdıqdan sonra həbs olunması səbəbiylə 23 yanvarda təşkil edilən ilk etirazlar əsnasında Qərb internet şirkətlərinin etirazçılara dəstək verdiyi bildirilmişdi. İnsanların küçələrə çağırılması mesajlarında heç bir məhdudiyyət qoyulmaması böyük reaksiyaya səbəb olub.


767 oxunub

InvestAZ