XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Bəşər Əsəd və xanımı koronavirusa yoluxdular
Sağlamlıq 20:50 / 08.03.2021

Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar.

Yenisəs.az   Publika.az -a  istinadən  xəbər verir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb.

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir.

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.


802 oxunub

InvestAZ