XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Dünyanın ən varlı qadını ərə getdi
Maraqli 09:07 / 08.03.2021

"Amazon” şirkətinin banisi Ceff Bezosun keçmiş arvadı, planetin ən zəngin qadını Makkenzi Skott məktəb müəlliminə ərə gedib.

Yenisəs.az   Teleqraf.com-a istinadən   xəbər verir ki, əlli yaşlı milyarder qadın özəl orta məktəbdə təbiət elmlərin tədrisi ilə məşğul olan müəllim Den Cuettlə yeni ailə həyatı qurmağa qərar verib. Toy mərasimi kütləvi olmayıb.

Eyni zamanda, cütlük sərvətlərinin əhəmiyyətli bir hissəsini başqalarına xidmət etmək üçün köçürməyə razı olublar. Əlbəttə, bu, Skotta aiddir, çünki onun ikinci həyat yoldaşının iri kapitalı yoxdur.

"Daily Mail” isə qeyd edir ki, Bezos özü keçmiş arvadının nikahı haqqında xəbərə sevinib və Cuetti "əla oğlan" adlandırıb.

Qeyd edək ki, Makkenzi Skottun sərvəti 68 milyard ABŞ dollarıdır.


1225 oxunub

InvestAZ