XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



Bayden Ağ Evdə ilk dəfə hansı lideri qəbul edəcək? - FOTO
SİYASƏT 08:40 / 08.03.2021

ABŞ prezidenti Cozef Bayden apreldə Ağ Evdə Yaponiyanın baş naziri Yosixide Suqo ilə görüşməyi planlaşdırır.

Yenisəs.az Publika.az-a  istinadən  xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios” informasiya portalı bildirib.

Beləliklə, Yaponiya hökumətinin başçısı Baydenin öz iqamətgahında görüşəcəyi ilk xarici lider olacaq. Bu halda, nəşrin məlumatına görə, danışıqlar apreldən də gec baş tuta bilər, onların görüşü yeni koronavirusun yayılmasına qarşı mübarizədə müvəffəqiyyətlərdən asılıdır.

Portal bildirib ki, görüş Amerika-Yaponiya ittifaqının əhəmiyyətini vurğulamalı, həmçinin xarici liderlərin ABŞ-a səfərləri növbəsində ilk olmalıdır. Ağ Ev iki ölkənin liderlərinin mümkün sammiti haqqında informasiyanı şərh etməkdən imtina edib.

Daha əvvəl Bayden Kanadanın baş naziri Castin Trüdo ilə distant formatda ikitərəfli görüş keçirib. Ağ Evin başçısı həmçinin yaxın vaxtlarda Avstraliya, Hindistan və Yaponiya liderləri ilə eyni formatda görüşməyi planlaşdırır.


765 oxunub

InvestAZ