XƏBƏR LENTİ
23 Aprel 2021
22 Aprel 2021
21 Aprel 2021



Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib - FOTO
HÜQUQ 18:12 / 06.03.2021

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü, axtarışlarının nəticəsiz qaldığını bildirirək köməklik göstərilməsini xahiş edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisəs.az-a verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar. Həyata keçirilən operativ tədbirlər zamanı 2 yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib.

Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər.


658 oxunub

InvestAZ