XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



“Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq” - Ərdoğan
SİYASƏT 17:35 / 06.03.2021

Dağlıq Qarabağın işğaldan azad edilməsi başda olmaqla, bütün təşəbbüsləri uğurla yekunlaşdırdıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə heç vaxt işğalçı düşüncə ilə hərəkət etməyib.

"Heç bir ölkənin torpağında, dənizində, suverenliyində gözümüz yoxdur. Suriyadakı sərhəd əməliyyatları ilə 3 fərqli yerdə terror zəncirini qırdıq. Millətmizin və Kipr türklərinin Şərqi Aralıq dənizindəki hüquqlarının qəsb edilməsinə çalışıldı. Çoxsaylı ikili standartlara baxmayaraq, mənafelərimizi qorumaq əzmindən geri çəkilmədik. Şimali Kiprdə baş verənlərə dözməyəcəyimizi göstərdik. Beynəlxalq hüquq əsasında Liviyanın çevriliş hazırlayanlar tərəfindən işğalının qarşısını aldıq. Bütün bu addımları atarkən işğalçı düşüncəsi ilə davranmadıq. Vətənimizi və hüquqlarımızı qorumağa çalışırıq", - deyə Türkiyə lideri vurğulayıb.(azvision.az)


1014 oxunub

InvestAZ