Yolun sərti, hamarı
Saçın baxış tumarı...
Dünyanın şah damarı -
Sənə olan sevgimdi!..
Ahım, ünüm, bayatım
Qoymasa da boy atım...
Mənim bütün həyatım -
Sənə olan sevgimdi!..
Üzüm, gözüm, baxışım
Şeh adlanan yağışım...
Ən önəmli naxışım -
Sənə olan sevgimdi...
Yerim, göyüm... bu ürək
Şumla özün, buyur, ək!
Bu ürəkdə sahib , tək -
Sənə olan sevgimdi!
Təpərim, təbim , halım
Gül, qəlbin səbbin alım !
Allah qədər xəyalıım -
Sənə olan sevgimdi!..
1315 oxunub