XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Binəqədidə yataqxana yandı
Sağlamlıq 09:57 / 05.03.2021

Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Yenisəs.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


795 oxunub

InvestAZ