XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



SAZDI SİNƏSİNDƏ, SÖZDÜ, DİLİNDƏ... (II məqalə)
Ədəbiyyat 14:44 / 04.03.2021




Gəlib xəbər yetirdi

Çapa-çapa atlılar.

Allaha sözün olsa

Könülə de, çatdırar!

Barat Vüsal

"Yaxşı ki,könlümün

əlinə düşdüm...”

Bir çox müqəddəs bayramlar var:Orucluq bayramı,Qurban bayramı və s.Bir də var Fəqirlər bayramı.

Orucluq və Qurban bayramlarında müxtəlif nəzirlər verilir,heyvanlardan qurban kəsilir.

Fəqirlər bayramında isə qurbanı könüldən verirmişlər(Xəqaniyə görə.)

Belə bir fikir var ki,ilk dəfə Qələm xəlq olub, bir başqa fikirə görə,birinci Əql xəlq olunub. Xəqani isə deyir ki,birinci könülü xəlq edib böyük Yaradan!

Yəqin belədir ki,var.Yoxsa C.Rumi deməzdi ki, tanrı hər iki dünyanı bir könüldən ötrü xəlq edib.

Bir sözlə,”Ağlın ağlı olsaydı,adı könül olardı”(H.F.Qısakürək)

...Şairlər Tanrının könül meyvəsi,Ruhun yer üzündə əksi,Haqqın salamı,dünyanın sirri-sehridirlər. Sözün çox sadə mənasında könül adamlarıdırlar.Barat Vüsal müasir şairlər içərisində ən seçilən könül adamıdır,Haqq salamıdır.Deməyə haqqı var:

Könül,sənə salam olsun,

Məni haqqıma çatdırdın.

Şah taxtından salıb məni,

Sən öz taxtında oturtdun.

Şair könüldə bərqərar olub,könüllə köklənir,könüllə dinir.Dünyada heç kimin heç yerdə tapa bilmədiyi dincliyi şair könüldə tapır.

Hər kimin könlü var,onun Rəbbi var.

"Allah könüllərdə olur”deməklə Barat Vüsal da bizi könül sahibi olmağa çağırır,neçə ki, gec deyil,”Gəl qayıdaq könlümüzə!”deyir. Könlün nə olduğunu,hansı qüdrətə malik olduğunu belə dəyərləndirir:

Səninlə keçən ömrün

Nə gözəl dadı var,könül!

Tanrıya uzanan yolun

Tək bircə adı var:könül!

Şairin fikrincə,insan üçün ən ali məqam könül sahibi olmaq,tanrıya çatmaq məqamıdır.

Şair çox doğru olaraq buyurur ki:

Çatanlar konlü ilə

Hər məqama çatdılar.

Bəli! Hər könüldə Tanrıya yetmək istəyi var,yetər ki,könül sahibi olasan,şairin bu düşüncələri həyat fəlsəfəsindən mayalanıb,könül barından rişələnib, könül yolu əzablarla dolu olsa da!B.Vüsal könül sınağından qorxmur.Əksinə, bilsə də ki,könül deyənin könüldən asılmağı

var(H.Mənsur),cisminin diri-diri soyulmağı var- (İ.Nəsimi)"Könül varsa,gərək odlara düşsün”(B.Vüsal).Şair inanır ki,könül deyiləni nə əcəl öldürə bilər,nə də ki,tufan dağıda bilər.Könlün ölməzlik fəlsəfəsindən ruhlanan şair "İnsana ən əvvəl nə lazımdır?” sualına cavab kimi,yenə də,yenə də "könül!”-deyir.

Özümü könlümlə mən bəndə sandım,

Özümü könlümlə Vətəndə sandım.

Məni yer üzünə atanda Tanrım,

Yaxşı ki,könlümün əlinə düşdüm.

Özü də xilqətin zinəti olan könülün!

Ondan qəm çəkmək də xoşdur,sevinc dadmaq da!

Dəyərli könül sahibi Zəlimxan Yaqub könülə (könlünə)belə sığal çəkmirdimi:

Könül,kef də çəkdim,əzab da çəkdim,

Çəkdiyim kefi də əzabda çəkdim.

Bu məqamda Peyğəmbərimizin (Ə.S.) bir kəlamını xatırlayıram.”Cəhənnəm ləzzətlərdə,cənnət isə əzab-əziyyətlərdə gizlənib.”

Bütün bu deyimlər bir könlün,bir ruhun səsi deyilmi!Könül sahiblərinin könül çırpıntılarının dinləyə-dinləyə,qanımıza hopdura-hopdura bir qənaətə gəlirik:Könlü olmayana yazıq!Yazıq ki,cəhənnəm odlu bir köksləri var.Könlü olana şükür!Allahını zikr edir:

Yaxşı-yaxşı fikr etməyə,

Allahına şükr etməyə,

Allahını zikr etməyə,

Dil könüldə olsun gərək!

Bu məqamda B.Vüsalın da könlünə naxış vuran,ruhuna ruh verən Mövlanadan bir deyim vurğulamaq istədim:”Könül ziyarəti-Kəbə ziyarətindən üstündür.”

Bu fikrlərdən sonra niyə B.Vüsalın könlünün əlinə düşdüyünə şükr etdiyini,niyə ”İşim könülə düşdü” deyən məşhur Pakistan sufi şairi Məhəmməd İqbalın da yoluyla getdiyini, niyə könül adamı olduğunu anlayırıq.

"GEYƏNDƏ ƏYNİNƏ ÜRƏK GEYƏSƏN”

Hərdən düşünürəm: nə ola, əynində ürəyin ola, ürəyində heç vaxt əynin haqda fikirləşməyəsən. Əgər ki, əyninə ürək geyindinsə, cümlə varlığın könül üstə bərqarar oldusa nə gözəldən, nə də gözəllikdən, nə də ürək dolu "əyin-başdan” keçə bilməzsən. "Bəlayi-eşqin” dəryasından su içməyə bilməzsən.

Daim aşiq kimi bəlaların, rüsvayçılığın dizinin dibini kəsdirərsən. Necə ki, Barat Vüsal şairin yerinin harda olduğunu anlayır. Gəzəlin dizinin dibini kəsdirir.

Gərək hər gözəlin, hər gözəlliyin

Dizinin dibində bir şair olsun!

Belə söyləyərək şair elə bu məqamdaca Cavidləşır. Bəs necə? Sanki Cavid Əfəndi zamanların o üzündə bu sətirləri ona özü pıçıldamışdı:

Hər kəsin bir eşqi, bir İlahı var,

Mənim Tanrım gözəllikdir, sevgidir.

Böyük insanların, dahilərin,ustadlıqları ondandır ki, könlü,sevgini, gözəlliyi tanrılaşdıra, ilahiləşdirə bilirlər.

Cavidin gözəllik Tanrısına susmaz duyğular bəsləyən şair gözəllikləri duya-duya, gözəlləri oxşaya-oxşaya, sevə-sevə onu təbiətdən qoparıb şeirində yaşadır, gözəllərə şeirinin nəfəsini verir, şeir ömrü,söz ömrü verir. Başqa cür ola bilməz. Axı dünyanın ömrü, taleyi gözəllə, gözəlliklə bağlıdır.

Mənim də qəlbimdə insaf var, din var,

Yoxsa inanmırsan, buna şəkkin var?

Sənin hər şeirimdə üç-dörd şəklin var,

Səni soruşuram şeirlərimdən!

Şeirin bədii gücü,məzmun dəyəri ondadır ki,şair ürəyini (şair könlünü)gözəldə,gözəlin simasında təcəssüm etdirə bilir.Təsdiqləyir ki,şairlər cahanda quru cisimdirlər,onların ruhu da,urəyi də canı,qanı da şeirləridir və şeir də gözəlliklə, gözəllə ekiz tayı bir şeydir.Şair qorxur ki,birdən şeirindən gözəlin,gözəlliyin şəkli yoxa çıxar.Ona görə də narahat olur,deyir ki:

Kəsib qabağını hər gün hər sözün,

Deyirəm o gözəl ahu itməsin.

Hər sözə min kərə yalvarıram ki,

O gözəl şeirimdən çıxıb getməsin,

Qoymaram şeirimdən çıxıb gedəsən!

Barat Vüsalın gözələ, gözəlliyə həsr etdiyi şeirlərlə tanış olduqca hiss olunur ki, bu tipli şeirlər bir bəhanəymiş. Şair gözələ eyham vurur, gözəldən umur ki, şeirini, sözünü bəxtəvər etdiyi kimi onun özünü də bəxtəvər etsin, şeirində yaşadığı kimi onun ömründə də yaşasın.

Olmaq istəyirdim özüm bəxtəvər,

Yaman oldu könlüm, gözüm bəxtəvər.

Məndən bəxtəvərmiş sözüm, bəxtəvər

Məndən çox sevirsən şeirlərimi!

Azərbaycan poeziyasının gözəllik tərcümanlarından B. Vüsalın fərqi nədir? Poeziyamıza gətirdiyi yenilik nədir? Hər şeydən əvvəl şair yaratdığı gözəl obrazının bədii təsvirini vermir. Onun şeirlərində nə "qələm qaş”, "lalə yanaq”, nə də "billur buxaq” kimi tərənnüm edici sözlər yoxdur. Şairin yaratdığı lirik obrazın ruhu, könlü gözəldir. Oxucu bu lirik qəhrəmanı asanlıqla təsəvvürünə gətirə bilir-onun xəyalını-özü də şairin ürəyini oğurlayan bir gözəlin xəyalı kimi canlandıra bilir.

Şair (lər) öz ürəyini tez-tez itirirlər. Harda axtarsınlar, hardan tapsınlar bəs? Barat Vüsal da hər şeirində itmiş ürəyinin yerini soruşur, ürəyini bilə-bilə "soyunub” öz əliylə gözələ verdiyi halda.O gözəlin də həmişə "əynində” ürək olmasını istəyir:

Yan-yörənə bir də yaxşı-yaxşı bax,

Ürəyim yanında deyil ki, sənin?

Sən bilərsən, özgə harda olar ki,

Ürəyim yanında deyil ki, sənin?

Şair ürəyini-özünü gözəldən soruşmağa nə qədər haqlıdır! Bu düşüncələr heç kəsdə çaşqınlıq yaratmasın. Axı şairlərin ürəyi özlərində olmur ki?! Yox! Min dəfə yox! Əgər şairin ürəyi öz köksündə vurursa O, Tanrı "elçisi” deyil. Belə olmasaydı şairlər bəsit bir ömür yaşayıb elə öz ölümləriylə də ölərdilər. Nə xoş ki, şairlər öz ölümləri ilə ölmürlər, məzara dəfn edilmirlər. Şairlər könüllərdə uyuyurlar.

Şair üçün ölüm yoxdur. Şair bu həqiqəti bildiyindədir ki, yazır:

Məzarımı qazıb məni tapmasan,

Sən özün də azıb məni tapmasan,

Ürəklərdə gəzib məni tapmasan,

Ondan sonra məzara bax, gora bax!

Gedəndə əyninə ürək geyənlər özgə nə cür düşünə bilərdilər ki?!

Gülnar Osmanova

Qazax rayonu,Dəmirçilər Kənd Orta

Məktəbinin Tədris hi


1479 oxunub

InvestAZ