XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Aqil Abbas: “Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...”
HÜQUQ 14:22 / 04.03.2021

"Məni onu qırx ildi tanıyıram, içki içən görməmişəm, ağ eləməyin...”

 "Onun insanlarla münasibəti, xeyrində-şərində iştirakı, şəhid ailələrinə və qazilərə diqqəti göz qabağındadır. Ağdamın 210 minə qədər əhalisi var, lap elə 30 min olsun. Heç bir icra başçısı nə hamının xoşuna gələ bilər, nə də hər kəsin işini həll edə bilər”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. A.Abbas Ağdamın icra başçısı Vaqif Həsənovla bağlı yayılan xəbərlərin onu gözdən salmağa hesablandığını bildirib:

"Mən Vaqif müəllimi qırx ildir ki, tanıyıram. Onunla günorta və axşam çörək yemişik, amma içki içməyib. Mən onu içən görməmişəm. Özü də ki, onun iş vaxtı içki içib atasının-anasının qəbrinin üstünə getməsini uydurmaq heç bir əndazəyə sığmır. Bir az ağ etməyək. Bu dəqiqə Ağdamda nələr dəyişib hamı bilir. Onun insanlarla münasibəti, xeyrində-şərində iştirakı, şəhid ailələrinə və qazilərə diqqəti göz qabağındadır. Ağdamın 210 minə qədər əhalisi var, lap elə 30 min olsun. Heç bir icra başçısı nə hamının xoşuna gələ bilər, nə də hər kəsin işini həll edə bilər. Kimsə icra başçısından küsə bilər, amma onu bu dərəcədə, bu şəkildə təqdim etmək olmaz. O gün Ağdamda idik, Vaqif müəllimlə çay içdik. Daha sonra vətəndaşları qəbul etdi və orda mən də iştirak etdim. Gələn adamlardan biri Bakıda yaşayırdı və uşağının müalicəsi üçün kömək istəyirdi. Dedim ki, Vaqif müəllim, onları göndərin uşağın dərman pulunu mən Bakıda verəcəm. Elə şeylər var ki, onun səlahiyyətində deyil axı. İnsan ola bilər ata evini ziyarət edəndə kədərlənsin, ağlasın.

Məsələn, mən Ağdama girəndə oğluma zəng vurub dedim ki, Ağdama girirəm, amma ağladım, danışa bilmədim və telefonu söndürdüm. Daha sonra həyətimizə gedib xanımıma zəng vurdum və dedim ki, həyətimizdəyəm. Sonra ağladım, danışa bilmədim. İndi insandı, gedib öz ata evini ziyarət edib. Mən gedib qəbiristanlıqda anamla-qardaşımın qəbrini tapa bilmədim və heç həs də tapa bilməyəcək. Çünki ermənilər o yerlərdə taxıl əkiblər".

Qeyd edək ki, sosial şəbəkələrdə Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun videosu yayılıb. Videoda iddia edilir ki, icra başçısı doğma kəndi olan Ağdamın Əliağalı kəndini ziyarət edərkən guya içkili olub. İcra başçısı V.Həsənov özü də saytımıza açıqlamasında bunların şər-böhtan olduğunu bildirib.


1368 oxunub

InvestAZ