XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Xəstəxanaya yerləşdirilən Rəmişdən xəbər var - VİDEO
Sağlamlıq 12:50 / 03.03.2021

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində yaxşıya doğru irəlləyiş var.

Bu haqda AzTV-yə danışan həyat yoldaşı Güllü Hüseynova musiqiçinin vəziyyətinin yaxşılaşdığını bildirib. O deyib ki, Rəmişi vaxtında xəstəxanaya yerləşdiriblər:

"Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Arzum budur ki, Rəmiş ayağa dursun, öz ayaqları üstündə evə getsin”.

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmazlığı, ağciyər problemindən əziyyət çəkir.


858 oxunub

InvestAZ