XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Ərdoğan: "Avropadan Qafqaza qədər..."
SİYASƏT 09:55 / 03.03.2021

Xəbər veridiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında videokonfrans formatında danışıqlar olub.

Yenisəs.az   "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, danışıqlarda ikitərəfli və regional məsələlər diqqət mərkəzində olub.

Rəcəb Tayyib Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Fransa iki ölkənin və vətəndaşlarının təhlükəsizliyini təhdid edən terror təşkilatları ilə mübarizədə birgə addımlara təşəbbüs edə bilər.

Türkiyə rəhbəri qeyd edib ki, iki ölkə Avropadan Qafqaza, Orta Şərqə və Afrikaya qədər uzanan geniş coğrafiyada təhlükəsizlik, sabitlik və sülh səylərinə əhəmiyyətli töhfə verə bilər. Terror təşkilatlarına qarşı mübarizədə ölkələrin, vətəndaşların təhlükəsizliyi ilə bağlı birlikdə atılacaq addımlar var.(publika.az)


849 oxunub

InvestAZ